Elman Rüstəmov banklara bir ay vaxt verdi

"Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır".

APA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: "Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi". E. Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: "Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər".

*   *   *12:32

Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv edilməyib"

"Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır".

"Report"un məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildiririb.

O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi: "Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi.

Beynəlxalq təcrübəyə əsaslanaraq bu konsolidasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması malyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq, bunu reallaşdırmaq mümkün olacaq".

E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq: "Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq".



Oxşar Xəbərlər

Xəbər lenti