PKK tərəfdarları Türkiyə Baş konsulluğuna hücum etdi

PKK tərəfdarları Türkiyə Baş konsulluğuna hücum etdiBu gün PKK tərəfdarları İtaliyada Türkiyə Baş konsulluğuna hücum edib.
 
APA-nın Türkiyənin "Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, PKK tərəfdarları öncə Milanda yerləşən Türkiyə Baş konsulluğunun qarşısında aksiya keçib, terror təşkilatının lehinə şüarlar səsləndiriblər.
 
Daha sonra qrup Baş konsulluq binasına tüstü bombaları atıb. Bölgədə İtaliya polisinin olmayıb.
 
Qeyd edək ki, PKK Avropa İttifaqının terror təşkilatları ilə bağlı siyahısında yer alıb.


Oxşar Xəbərlər

Xəbər lenti