İki il əvvəl oğurlanmış məktəbli qızların videogörüntüləri yayımlandı

Hələ iki il əvvəl "Boko Haram" terrorçuları Nigeriyada 200 məktəbli qızı oğurlayaraq naməlum istiqamətdə aparmışdılar. O zamandan bəri qızların sağ olub-olmadıqları, harada saxlandıqları barədə heç bir məlumat yox idi.

 

Bu gün terrorçular məktəbli qızların görüntüləndiyi videonu yayımlayıblar.

 Qərb mətbuatı bildirir ki, üzünü bağlamış terrorçu uşaqların indiyə kimi silahlıların əlində olduğunu deyir. Onun sözlərinə görə, məktəbli qızların bir hissəsi bombardmanlar vaxtı həlak olub, təxminən 40 nəfəri terrorçulara ərə gedib.

Girovluqda saxlanan qızlardan biri ölkə hökumətinə müraciət edərək onları xilas etməyi xahiş edir. O, valideynlərindən xahiş edir ki, hökumətlə danışsınlar. Yayımlanan videoda təxminən 50-dək məktəbli qız görünür. Onlardan bəzisinin qucağında körpə uşaqlar var.

Xatırladaq ki, 2014-cü ilin aprel ayının 15-də 276 məktəbli qız Nigeriyanın Çibok şəhərində yataqxanadan oğurlanmışdılar. Onlardan 57-si qaçıb canını qurtara bilmişdi, 219 nəfər bu günə kimi itkin düşmüş hesab edilirdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}