Rusiya Ermənistana silah notası verir - “ERMƏNİ TƏRƏFİ HEÇ BİR ƏSAS OLMADAN...”

Rusiya Ermənistana silah notası verir

 

Rusiya silah təchizatına dair tenderin pozulmasına görə Ermənistana nota verir.

Sozcu.info virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda sənədin mətninə istinadən RİA Novosti bildirir.

Nota oktyabrın 22-də imzalanıb və Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanıb. Sənəddə deyilir ki, Rusiyanın ORSİS şirkətinin Ermənistana silah təchizatına dair tenderdə iştirakı "heç bir əsas olmadan” rədd edilib. Erməni tərəfi tutarlı səbəblər göstərmədən şirkətin adını arzuolunmaz təchizatçılar sırasına daxil edib. Rusiya tərəfi Tonoyandan tələb edir ki, bu situasiyanı aydınlaşdırsın.

Agentlik bildirir ki, hazırda nota Rusiya Xarici İşlər Nazirliyindədir və tezliklə onu diplomatik kanallarla Yerevana çatdıracaqlar.

Məlumata görə söhbət Ermənistana bir neçə milyon dollarlıq silah təchizatına dair tenderdən gedir. Tender bu ilin yayında keçirilməliydi. Lakin Ermənistan Müdafiə Nazirliyi guya bank qarantiyasını ödəmədiyini əsas gətirərək ORSİS şirkətinin tenderdə iştirakını əngəlləyib. Tenderin pozulmasına görə Ermənistanın İstintaq Komitəsi "xidmətə səhlənkar münasibət” maddəsi üzrə təhqiqat aparır.

ORSİS şirkəti "Promtexnologiya” qrupuna daxildir və atıcı silahların, patronların və xüsusi optikanın istehsalı, təchizatı ilə məşğuldur. O cümlədən şirkət uzaqmənzilli snayper tüfənglərinin istehsalını həyata keçirir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}