“Rusiyanın Ermənistana silah verməsi həmsədrlik mandatı baxımından yanlışdır” –Deputat

“Rusiyanın Ermənistana silah verməsi həmsədrlik mandatı baxımından yanlışdır” –Deputat

 

"Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin daha da gərginləşməsinə yönəlib”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır.

Deputat hesab edir ki, bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib. Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.



Oxşar Xəbərlər

Xəbər lenti