Filippində vulkan püskürməsindən sonra fəlakət rejimi elan olunub

Filippində vulkan püskürməsindən sonra fəlakət rejimi elan olunub

 

Filippinin Batanqas vilayətində Taal vulkanının püskürməsindən sonra fəlakət rejimi elan edilib.

Sozcu.info  xəbər verir ki, bu barədə "Rappler” portalı məlumat yayıb.

Portalın məlumatına görə, fəlakət rejiminin elan edilməsi zərər çəkmiş ərazilərdə vəziyyəti sabitləşdirmək üçün yardım göstərilməsi, bərpa, yenidənqurma və digər işlərə xüsusi fonddan vəsaitin ayrılmasını nəzərdə tutur.

Qeyd edək ki, dünən Taal vulkanı hündürlüyü bir kilometrə çatan kül topası püskürüb. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) bununla əlaqədar təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıb. Vulkan püskürməsi təhlükəsi olduğundan Filippin hökuməti Batanqas vilayətində 80 min nəfərdən çox əhalisi olan üç yaşayış məntəqəsindən əhalinin təxliyyəsinə başlayıb.

<iframe width="635" height="280" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_0" name="aswift_0" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 635px; height: 280px; overflow: visible;"></iframe>


Oxşar Xəbərlər

Xəbər lenti