8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ ordusunun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavolidə koronavirus əlamətləri aşkarlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Rayan Makkarti bildirib.
Makkarti deyib ki, mümkün yoluxma general Kavolinin iştirak etdiyi konfranslardan birində baş verib. Hazırda yüksək rütbəli hərbçi və onun qərargahının üzvləri həkimlərin nəzarəti altındadır.
Pentaqon həkimləri xaricdə olan bütün ABŞ hərbçilərinə müraciət edib ki, koronavirus əlamətləri aşkarlanan kimi bu barədə məlumat versinlər və virusun yayılmasına yol verməsinlər.
Kristofer Kavoli ABŞ-ın Avropadakı komandanlığına 2018-ci ilin yanvarından başçılıq edir.
Virus qonşu Gürcüstanda da yüksək vəzifəli şəxslər arasında yayılmaqdadır. Bu ölkənin iqtisadi inkişaf və dayanıqlı inkişaf nazirinin müavini Gennadi Arveladze, habelə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze da koronavirusa yoluxma şübhəsi ilə bütün sosial təmasları dayandırıblar. Onlar özlərinə karantin rejimi tətbiq ediblər.
Gennadi Arveladze bildirib ki, sonradan koronavirusa yoluxduğu dostu ilə təmasda olub. O, özündə koronavirus simptomları olmadığını, amma həkimə müraciət edib analiz verdiyini, hazırda cavab gözlədiyini deyib.
"Təbii ki, işə çıxmamışam. İstirahət günləri olduğundan heç kimlə görüşməmişəm və təcrid vəziyyətindəyəm”,-nazir müavini Facebook səhifəsindən bildirib.
Yuri Nozadzenin virusa yoluxması şübhəsi barədə isə yerli telekanallardan biri xəbər verib. Bildirilir ki, nazir müavininin yoluxma şübhəsi müəyyən edilən kimi onun işlədiyi nazirlikdə dezinfeksiya aparılıb.