TÜRK ORDUSUNDAN PKK-YA NÖVBƏTİ ZƏRBƏ - İraq və Suriyanın şimalında keçirilən əməliyyatda 18 terrorçu məhv edildi

TÜRK ORDUSUNDAN PKK-YA NÖVBƏTİ ZƏRBƏ

 

Antiterror əməliyyatlarını fasiləsiz olaraq davam etdirən Türk Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yuva quran PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 18 terrorçu zərərsizləşdirilib.

Sozcu.info  xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada Suriyanın Tel Rıfat əyalətində 13 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi və zərərsizləşdirilən terrorçuların "Fərat Qalxanı” əməliyyatında iştirak edən Türk Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığı qeyd edilib.

Milli Müdafiə Nazirliyinin yayılan digər bir açıqlamasında isə "Türk Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyalı işbirliyi çərçivəsində İraqın şimalındakı Kandil əyalətində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terror təşkilatının bütün yuvaları darmadağın ediləcək.” - ifadələrinə yer verildi.



Oxşar Xəbərlər

Xəbər lenti