Erməni həbiçilər bir-birinə atəş açdı: Ölənlər var


Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. 
Azərbaycan Müdafiə Nazirliyindən Sozcu.info-ya daxil olan xəbərə görə, bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. 
Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. 
Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var.


Oxşar Xəbərlər

Xəbər lenti