Mayk Tayson etiraf etdi: “Trampın ofisinə hücum etdim və...”

Mayk Tayson etiraf etdi: “Trampın ofisinə hücum etdim və...”

 

Ötənlərin məşhur boksçusu olan Mayk Tayson qatıldığı televiziya proqramlarının birində ABŞ-ın hazırki prezidenti Donald Trampla bağlı bir hadisəni etiraf edib.  

Əfsanəvi boksçu 1990-cı illərdə aralarında yaşanan qalmaqal səbəbindən Trampın ofisinə gələrək, ondan hesab tələb edib. Belə ki, o zamanlar Taysonun evli olduğu aktrisa Robin Given ilə Tramp arasında yaxın eşq münasibətlərinin yaşanması ilə bağlı şayiələr bütün Amerikada sürətlə yayılmışdı. 

Tayson bu söz-söhbətlərə aydınlıq gətirmək üçün ABŞ-ın ən varlı iş adamlarından olan Trampın ofisinə hücum etmişdi. Boksçu Trampdan deyilənlərin nə dərəcədə doğru olub-olmadığını soruşduqda hazırki prezident şayiələri təkzib edib. O, Taysona " Bu, axmaqlıqdır, səni əmin edirəm ki, onunla aramızda heç bir eşq münasibəti yaşanmayıb” sözlərini deyib. 


Oxşar Xəbərlər

Xəbər lenti