8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İtalyan analitik Daniel Santoro Türkiyənin orta müddətli dövrdə “F-35” proqramına qayıda, “Bayraktar TB3” və MİUS-ların ABŞ istehsalı bu qırıcılara alternativ ola biləcəyini deyib.
Sozcu.info Teleqraf.com-a istinadən xəbər verur ki, Santoro Türkiyənin Rusiyadan “S-400” sistemi aldıqdan sonra “F-35” proqramından çıxarıldığını xatırladıb.
“Türklərin “TCG Anadolu” gəmisi helikopter daşıyıcısı olaraq davam etməyəcək, dron gəmisi olacaq. Bu yaxınlarda müdafiə sənayesi naziri İsmayıl Dəmir “Anadolu”nun 80 “Bayraktar TB3” daşıya biləcəyini açıqladı. Bu, Suriya və Liviyada gördüyümüz dronların yeni versiyasıdır. Təbii ki, “F-35” səviyyəsində sistemlər deyil, amma Türkiyə bunun bölgədə üzləşəcəyi münaqişələrin səviyyəsi üçün kifayət etdiyinə inanır”, - analitik bildirib.
Santoro Ukraynanın istifadə etdiyi “Bayraktar TB2”lərin Rusiyaya qarşı fərq yaratmayacağının deyildiyini, amma bu təxminlərin səhv olduğunu deyib: “Görünən budur ki, ruslar bu pilotsuz uçan aparatların istifadə edilməsindən çox narahatdırlar”.
Analitik Türkiyənin “F-35” proqramına qaytarıla biləcəyini də istisna etməyib:
“Hər halda “F-35”lərin olmaması Türkiyə üçün itkidir, amma hər an hər şey dəyişə bilər. Türkiyənin “S-400” almasının kökündə də, ABŞ-ın buna oxşar sistemləri türklərə satmağa həvəs göstərməməsi dayanır. Türkiyə Rusiyanın Ukraynaya qarşı işğal cəhdini fürsətə çevirə və “F-35” proqramına qayıda bilər”.
Santoro hesab edir ki, Türkiyənin ortamüddəli dövrdə “F-35” proqramına qayıtması mümkündür.
“Ankaranın məqsədi də budur. Çünki nə olur-olsun, belə bir təyyarənin olmaması “TCG Anadolu” üçün böyük itkidir. Türkiyə uzun müddətdir ki, bu kombinasiyaya diqqət yetirir. Bununla belə, türklərin “Bayraktar TB3”-ə böyük inamı var. Bundan əlavə, prototipini gördüyümüz yeni pilotsuz uçan aparatın (MIUS/”Qızıl alma”) da adı çəkilir”.
Santoro “Bayraktar TB3” və MIUS-un “F-35” döyüş təyyarələrinə alternativ ola biləcəyini də sözlərinə əlavə edib:
“Türkiyənin bölgədə ehtimal etdiyi qarşıdurmaların xarakterinə görə bunlar etibarlı alternativlər ola bilər. Suriya, Liviya və Qarabağdakı (Azərbaycan) kimi aşağı-orta intensivlikli qarşıdurmalarda effektli olacaq”.