8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sovet ittifaqının dağılması dünyada uzun müddət davam edən soyuq müharibənin sonu oldu. Bu hadisələr XX əsrin son onilliyinə təsadüf etdi. Bu hadisə dünyada yeni müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Məhz bu hadisədən sonra dünyanın siyasi səhifəsində yeni qaydalar yeni nizamlar formalaşmağa başladı. Sovet ittifaqının dağılması ən çox türk dünyası üçün müsbət nəticələndi. Bu hadisənin nəticəsində Azərbaycan başda olmaqla bir çox türk dövlətləri öz müstəqilliklərinə yenidən qovuşdular. Artiq yeni dünya nizamında türk dövlətləri anlayışı yaranmağa başladı. Məhz bunu görən siyasətçilər türk dövlətlərinin sivilizasiya cəhətdən bir mədəniyyətə aid olduğunu anlayaraq birlikdə hərəkət etmənin daha yaxşı olacağı qənaətinə gəlmişdilər. Məhz bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin birləşdiyi təşkilatın yaradılması zərurəti ortaya atılmışdı. Məhz Ulu Öndərin diqqətləri nəticəsində Mərkəzi Asiya Türk dövlətləri ilə və Türkiyə ilə imzalanmış müqavilələr nəticəsində 1995-ci ildə Türk dövlətlərinin mədəni cəhətdən birləşdiyi TÜRKSOY təşkilatı yaradıldı. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışmış və o, türk dünyasının yazarları ilə görüşündə buna ətraflı toxunub: “Xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur.”
Bildirmək lazimdir ki, Heydər Əliyev hələ SSRi-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan ilə münasibətləri qurmuşdur. Heydər Əliyev Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən (1969-1982) Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri olmuşdur.Münasibətlər 1993-cü ildən sonra isə daha intensivhalda inkişaf etməyə başlayır. O dövrdə Qarabağ məsələsini nəzərə alan Heydər Əliyev bütün türk dünyasını Azərbaycana dəstək olmağa çağırmışdı. Lakin əfsuslar olsun ki həmin zaman dövlətlər arasında hələ mədəni bağlılıqların olmadığına görə bu alınmırdı. Lakin Özbəkistan rəhbərliyi digər Mərkəzi Asiya türk dövlətlərindən fərqli olaraq münaqişədə öz tərəfini açıq nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Məhz Heydər Əliyevin özbək xalqı ilə qurduğu xoş münasibətlərin nəticəsidir ki bu gün də Özbəkistanda nə Ermənistan səfirliyivar, nə də Ermənistanda Özbəkistan səfirliyi. Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olub. Heydər Əliyevin 1995-ci 1996-cı və 1997-ci illərdə Özbəkistana olan səfərləri iki ölkə arasında dostluq və əməkdaşlığın yüksək dərəcədə inkişafına nail olub.
2003-cü ildə Prezident seçkilərində qalib gələn İlham Əliyev Ulu Öndərin balanslaşdırılmış mədəni, dini, etnik siyasətə əsaslanan xarici siyasətini davam etdirdi. Heçtəsadüfi deyil ki türkdilli ölkə başçılarının zirvətoplantılarından biri 2009-cu ildə Naxçıvanda keçirildi. Məhz bu konfransda türkdilli ölkələr arasında siyasi, elmi, iqtisadi cəhətdən vahidlik yaradılması qərara alındı.
2010-cu ildə İlham Əliyev bir daha Özbəkistanı ziyarət etdiyi zaman bu ölkədə Heydər Əliyev muzeyinin açılmasında iştirak etdi.
İkinci Qarabağ müharibəsi isə nəyinki regionda artıq bölgədə yeni nizamın yaranmasının göstəricisi idi. Artıq yeni nəqliyyat ticarət yolları salınacaq, Azərbaycanın bölgədə rolu artacaqdı. Məhz belə bir zamanda İlham Əliyevin Özbəkistana səfəri heçdə təsadüfi deyil.
Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir.
Suraxanı rayonu, 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzova