7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
2017-ci ildə Rusiyada 10 minə yaxın insan korrupsiya cinayətlərinə görə mühakimə olunub. Novator.az-ın məlumatına görə, Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev 2017-ci ilin nəticələrinə həsr olunmuş iclasda belə açıqlama verib.
Vyaçeslav Lebedev ötən il qanunsuz narkotik dövriyyəsinə görə 100 min adamın mühakimə olunduğunu vurğulayıb.
Ali Məhkəmənin sədri son 5 ildə terrorçuluq istiqamətində mühakimə olunanların sayının 1,5 dəfə artaraq 2017-ci ildə 590 nəfərə çatdığını qeyd edib. Ekstremizm istiqamətində cinayətlərin sayı isə 2017-ci il ərzində 1,6 dəfə artaraq 691-ə çatıb.