8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İngiltərədə adı bilinməyən bir qazdan zəhərləndiyi üçün hazırda reanimasiyada olan keçmiş rus agenti Sergey Skripal ilə bağlı Rusiyaya yönələn iddiaları "isterika və təbliğat” kimi qiymətləndirib.
Avropa İttifaqı komissiyasının başçısı Musa Faki ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında suallara cavab verən Lavrov deyib: "Skrialın zəhərlənməsinin ardında Rusiyanın olduğu ilə bağlı ittihamlar barəsindəki sualınıza gəlsək, bununla bağlı dəlil sayıla biləcək heç bir şey barəsində eşitmədik. Yalnız üzlərinə ciddi ifadə və səslərində kövrək bir ton ilə günahkarın Rusiya olduğunun anlaşılmasını deyən həmkarlarımızın verdikləri açıqlamaları televizorlardan izləyirik. Bunlar ciddi hesab ediləcək şeylər deyil. Başdan-ayağa təbliğat və isterikadır”.
Rusiya xarici işlər naziri bundan sonra deyib: "Təbliğat kanalları əvəzinə, peşəkar kanallarla bizə müraciət eləməli idilər. Rusiyanın yardımına ehtiyac olduğuna dair bir işarə olarsa və lazimi dəlillər vardırsa, Moskva istintaqa yardım eləmək barəsində düşünməyə hazırdır”.
Lavrov 2006-cı ildə radioaktiv maddə ilə zəhərlənərək ölən keçmiş rus kəşfiyyatçısı Aleksandr Litvinenko hadisəsi ilə Skripalın başına gələnlər ilə paralellik aparılmasından da narazı olduğunu bildirib.
Qeyd edək ki, İngiltərə polisi bazar günü Salisburi bölgəsində şüursuz şəkildə tapılan keçmiş Rusiya casusu Sergey Skripal ilə qızı Yuliya Skripala sinir qazı ilə müdaxilə edildiyini və bunu cinayətə təşəbbüs kimi quymətləndiriyini açıqlamışdı. İngilis siyasətçilər baş verənlərin günahkarının Rusiya ola biləcəyinə dair ittihamlar səsləndirmişdilər. Kreml isə bu ittihamları rədd eləmişdi.
Hurriyyet.org