Hadisənin Türkiyədə qazanıb xaricdə saxladığı MİLYONLAR

Hadisənin Türkiyədə qazanıb xaricdə saxladığı MİLYONLAR

 

Hadisənin Türkiyədə qazanıb xaricdə saxladığı MİLYONLAR

 

Bodrumdakı çimərliyin sahibinə yarım milyon TL-dən çox borcu olduğu üzə çıxan Hadisənin Türkiyədə adına heç bir hesabı yoxdur. Adına heç bir hesab və daşınmaz əmlak olmayan müğənni Hadisənin investisiyasını haraya yatırdığı maraq doğurub.

Türkiyə mətbuatı xəbər verir ki, Hadisənin sərvətini Belçika və ABŞ banklarında saxladığı güman edilir.

Türkiyəni 2008-ci ildə "Eurovision” mahnı müsabiqəsində təmsil etdikdən sonra populyarlaşan ifaçının reklam qazancı dodaq uçurdur. 10 illik karyerası ərzində Hadisə 8 ayrı markanın siması olub. Mətbuatda çıxan xəbərlərə görə, o, bir ildə ən az 11 milyon TL (təxminən 5 milyon manat) qazanıb.

"O Səs Türkiyə" müsabiqəsində 8 mövsüm münsif üzvü olan sənətçinin həftəlik qazancı 85 min TL idi. Onun bir mövsümlük gəlir 1.7 milyon TL edir.

Hadisə konsertlərdən də ən çox pul qazanan müğənnilər çərgəsinə daxildir. Ayda orta hesabla 4 konsert verən müğənninin qiyməti 100 min TL-dir.

Ticarət mərkəzlərinin tədbirlərinə 50 min TL (təxminən 25 min manat), Kiprdəki konsertlərdə 150 min TL-yə (təxminən 75 min manat) iştirak edən müğənninin illik konsert qazancı 4 milyon TL-ni (təxminən 2 milyon manat) keçir. Orta hesabla ulduzun illik gəliri 8 milyon TL-dən çoxdur.

Bir konsertdən istədiyi qonorar: 100 min TL,

Jüri üzvü olduğu proqramdan həftəlik qazancı: 85 min TL

Marka üzü razılaşmalarından illik gəliri: 1.1 milyon TL

Hadisə son iki ildə cəmi 118 min TL vergi ödəyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}