Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək

Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək"Miss World Peace” beynəlxalq gözəllik yarışmasının Azərbaycan təmsilçisi məlum olub.
Bu haqda Oxu.Az-a məlumatı "World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib.

Təşkilatçı açıqlamasında bildirib ki, 2016-cı ildə Honq-Konqda baş tutacaq müsabiqədə ölkəmizi Sara Əliyeva təmsil edəcək.

Artıq təmsilçimiz hazırlıqlara başlayıb. Onun üzərində təcrübəli fotoqraflar və stilist Mirvari Əliyeva çalışır.

Təmsilçimiz tanınmış fotoqraf Eko Ağalarovun obyektivi qarşısına keçib.

Xatırladaq ki, yarışmanın beynəlxalaq direktoru "World Beauty Congress”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.


Oxşar Xəbərlər

Xəbər lenti