8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub. Sozcu.info Turan-a istinadən xəbər verir ki, missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.
Qrupdakı adamlar "Yalan danışmağa son qoyun!”, "Bu, doğru deyil!” çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər. Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. "Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar”, – bir qrup şəxs qışqırıb. 20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər. Əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.