“Pokrov Məhərrəm” yenidən azadlıqda

“Pokrov Məhərrəm” yenidən azadlıqda

 

Rusiyada saxlanılan azərbaycanlı iş adamı Məhərrəm Həsənov ( "Pokrov Məhərrəm" kimi məşhurdur) yenidən azadlığa buraxılıb.

Sozcu.info  qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkirdən olan iş adamı yerli məhkəmənin qərarına əsasən, ev həbsinə buraxılıb.

Qeyd edək ki, Rusiyada "tərəvəz mafiyası"nın əsas fiqurlarından olan iş adamı ilk dəfə bu ilin martın sonlarında Moskva polisi tərəfindən saxlanılmış, qısa müddət sonra azadlığa çıxmışdı.

Dələduzluq maddəsi ilə ittiham olunan "Pokrov Məhərrəm" yenidən Moskva polisi tərəfindən saxlanılsa da, bu gün baş tutan məhkəmədə iş adamı ev dustaqlığına buraxılıb.



Oxşar Xəbərlər

Xəbər lenti