Bakıda özəl bağçada görünməmiş rəzalət - UŞAQLARA İŞGƏNCƏ VERİLİR - VİDEOFAKT

Bakıda özəl bağçada görünməmiş rəzalət - UŞAQLARA İŞGƏNCƏ VERİLİR - VİDEOFAKT

 

Sozcu.info  xəbər verir ki, azxeber.com xəbər portalının elektron poçtuna Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub. 

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

Azxeber.com-un əldə etdiyi məlumata görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Biz həmin özəl bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün hələ ki bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırılma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

 



Oxşar Xəbərlər

Xəbər lenti