Merkel yumruğunu masaya vurdu - “TƏDBİR GÖRƏCƏYİK!”

Merkel yumruğunu masaya vurdu - “TƏDBİR GÖRƏCƏYİK!”

 

Sozcu.info  xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Donald Tramp tərəfindən Avropadan Amerikaya ixracata gömrük vergisinin artırılmasını tənqid edib və buna qarşı tədbirlər görəcəklərini deyib.

Almaniyanın baş naziri Angela Merkel, ARD televiziyasınakı "Anne Will” adlı proqramdakı çıxışında deyib: "Aldadılmağımıza icazə verməyəcəyik. Əksinə, belə bir vəziyyətdə hərəkətə keçərik”.

Merkel Amerikanın Avropa ölkələrindən idxal elədiyi polad və alüminiumla yanaşı, alman avtomobillərinə də gömrük şərti qoyacağı təqdirdə, bu ölkəyə qarşı genişmiqyaslı tədbirlər görəcəklərini və digər Avropa ölkələrini də öz tərəflərinə çəkməyə çalışacaqlarını deyib.

Trampın G-7 sammitinin sonunda qəbul edilən ortaq bəyannamədən imtina eləyəcəyini bildirən Merkel deyib: "Tvit ilə bildirən ləğvedilmə qərarı ləğvetmə qərarı əlbəttə məmnunedici deyil və eyni zamanda məyusedicidir”.



Oxşar Xəbərlər

Xəbər lenti