Almaniyanın xarici işlər naziri Türkiyəyə meydan oxudu, Merkel də onu dəstəklədi

Almaniyanın xarici işlər naziri Türkiyəyə meydan oxudu, Merkel də onu dəstəklədi

 

Almaniyanın baş naziri Angela Merkel öz mətbut katibinin vasitəsi ilə yaydığı açıqlamada, xarici işlər naziri Siqmar Qabrielin bəyan elədiyi tədbirlərin Türkiyədəki hadisələr fonunda lazımlı və qaçılmaz olduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Türkiyədə alman fəalların həbs edilməsinin tənqid edən səsləri susdurmaq demişdi: "İnsan hüquqları fəalının həbs edilməsinin həddini aşmaq olduğuna və qanuna uyğun olmadığına inanırıq. Türkiyə siyasətimizi dəyişdirməliyik. Münasibətlər belə davam edə bilməz. Ankaradakı məsul şəxslərin siyasətləri nəticəsiz qalmayacaq”.

Piter Steudtnerin həbsindən sonra məzuniyyətini yarımçıq qoyaraq Almaniyaya qayıdan Qabriel deyib: "Türkiyəyə qarşı həddindən artıq səbr göstərdik və bəzən bunu eləmək heç də asan olmadı”.

Qabriel daha sonra bildirib: "Bundan sonra Türkiyə ilə münasibətlərimiz əvvəlki kimi davam edə bilməz, təhdidlər mövcud ikən alman şirkətlərinin Türkiyədəki investisiyalarına necə təminat verə biləcəyimizi bilmirik. Qarşımızdakı günlər və həftələrdə Aİ-dək ortaqlarımızla Türkiyənin Aİ-yə üzvlüyünü də müzakirə edəcəyik. Mövcud şərtlərdə Gömrük İttifaqının genişləndirilməsi məsələsində necə görüşə biləcəyimizi təsəvvür edə bilmirəm. Alman hökuməti Türkiyəyə qarşı başqa addımları da nəzərdən keçirir”.

Nazir, alman səhmdarlarla yanaşı alman turistləri də Türkiyədən uzaqlaşdırmağa cəhd edib:"Türkiyəyə səyahət eləmək hamı üçün risklidir”.

Alman nazir, Böyükadada həbs tədbirləriin əvvəlcədən planlaşdırılmış olduğunu irəli sürüb.

Almaniyanın nüfuzlu jurnallarından olan "Stern” Almaniyanın Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edə biləcəyi, Almaniyanın ən çox satılan "Bild” qəzeti isə Ankaranın Dəniz Yüceli dəyişdirmək üçün istifadə edə biləcəyini iddialarını irəli sürüblər.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert çərşənbə günü verdiyi mətbuat konfransında demişdi: "Son hadisələrdən sonra Aİ-nin Türkiyəyə maddi yardımlarının nəzərdən keçirilməsinin mühüm olduğunu düşünürük”.



Oxşar Xəbərlər

Xəbər lenti