8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yunan Kiprinin paytaxtı Nikosiyada 10 mindən çox insan aksiya keçirir.
Sozcu.info bildirir ki, nümayişlərdə məqsəd təhsil islahatlarına etiraz etməkdir.
Bu, son illərdə Nikosiyada keçirilən ən kütləvi etiraz aksiyasıdır.
Nümayişçilər - müəllimlər, valideynlər, şagirdlər Prezident iqamətgahının qarşısına toplaşaraq "Dövlət təhsilini dağıtmaq olmaz", "Təhsil və məktəblərdən əlinizi çəkin!" kimi şüarlar səsləndirirlər. Digər həmkarlar ittifaqlarının nümayəndələri də müəllimlərə dəstək verməyə gəliblər. Onlar hökuməti və Təhsil Nazirliyini sərt tənqid ediblər.
Qeyd edək ki, Kipr hökuməti "təhsili səmərələşdirmək" istəyir. Məqsəd təhsil xərclərini 30 milyon avro azaltmaq və müəllimlərin sayını azaltmaqdır./Trend/