8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsilə ilə qeyri-rezidentlərə elektron imzanın verilməsi qaydasına əsasən elektron rezidentliyi həyata keçirdik”.
"Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”nində jurnalistlərə açıqlamasında Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.
Onun sözlərinə görə, proqramın ümumi ideyası ondan ibarətdir ki, elektron və mobil rezidentlər Azərbaycana gəlmədən bunu identikləşdirərək Azərbaycanın rəqəmsal vətəndaşlığını əldə edirlər. Son nəticədə onlar Azərbaycanda təqdim olunan bütün elektron xidmətlərdən ölkəyə gəlmədən, heç bir miqrasiya prosesindən keçmədən istifadə edə bilərlər.
"Bu xidmət vasitəsilə onlar ölkədə yeni şirkətin qeydiyyatını apara, müxtəlif ödənişlər həyata keçirə, sənədləri təsdiq etdirə, bütün vergiləri onlayn ödəyə bilərlər”, - deyə o vurğulayıb.