Paşinyan Putinlə “döyüşməyə” gedir? - Ermənistanın baş naziri Moskvaya hərbi gödəkçə ilə uçdu...

Paşinyan Putinlə “döyüşməyə” gedir? - Ermənistanın baş naziri Moskvaya hərbi gödəkçə ilə uçdu...

 

Bu gün Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib.

Sozcu.info xəbər verir ki, Paşinyan Moskvaya uçarkən hökumət təyyarəsinin göyərtəsində çəkilmiş fotosunu paylaşıb.

"Moskvaya uçuruq”-Paşinyan Facebook səhifəsində fotonun altından yazıb.

Fotodan görünür ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən şəxs "xaki” rəngli hərbi gödəkçə geyinib, gödəkçənin yaxasında onun ad-soyadı yazılmış lövhə tikilib.

Paşinyanın bu gödəkçə ilə nə demək istədiyi təxminən məlumdur. Belə görünür ki, Ermənistanın baş nazirinin səlahiyyətlərinin icraçısı Moskvada onu çətin danışıqların gözlədiyini bilir. Amma mesaj vermək istəyir ki, Ermənistanın maraqlarını qorumaq üçün” döyüşəcək”.

Paşinyanın prezident Vladimir Putinlə görüşü bu günə nəzərdə tutulub. Gözlənilir ki, bu danışıqlarda Ermənistan üçün təbii qazın qiymətindən tutmuş Qarabağ məsələsinə, Paşinyanın hökumətinin Rusiyanın maraqlarına zidd fəaliyyətinə və Qərblə oyun oynamaq cəhdlərinə qədər bir çox məsələlər müzakirə olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}