İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır - SENSASİON GƏLİŞMƏ

İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır - SENSASİON GƏLİŞMƏ

 

Ermənistanda fəaliyyət göstərən "Karyak Media” şirkətinin həmtəsisçiləri, sabiq deputatlar Samvel Fərmanyan və Mixran Hakobyan keçmiş hakim siyasi qüvvə olan Respublikaçı Partiyasının üzvlüyündən imtina ediblər.

Ermənistan KİV media maqnatlarının partiyadan gedişi ətrafında ilginc ehtimallar müzakirəyə çıxarıb.

Qeyd edək ki, böyük maliyyə və media resurslarına malik olan keçmiş millət vəkilləri Armen Saqatelyan və Karen Bekaryan kimi iş adamlarının iştirakı ilə "Tert Ey Em” MMC, "Armnuz CJSC”,” Radio 107 FM LLC” media şirkətlərini və Tert.am saytını satın alaraq, "Karyak” şirkətini qurublar.

O da məlumdur ki, keçmiş prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçı Partiyası dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində məğlub olaraq, parlamentdə yerini itirdi.

Son seçkilərdə böyük seçici kütləsindən mərhum olan Sərkisyanın partiyası indi də əsas icra strukturlarını, maliyyə və təşkilati qaynaqlarını itirməyə başlayıb, bununla belə, ümumi vəziyyət bir qədər fərqlidir. Erməni mediası tamam başqa bir ehtimalın üzərində dayanır. Yayılan məlumatlara görə, Serj Sərkisyanın qayınatası Mikael Minasyan siyasi meydana çıxmağa hazırlaşır və bu məqsədlə media ortaqlarını da mübarizəyə cəlb edib:

"Yəni, o, prosesin pərdəarxasında dayanmış kürəkəninin tapşırıqlarını icra edəcək. Ekspertlərin iddiasına görə, Respublikaçı Partiyası Nikol Paşinyan hökumətinin nəzərdə tutuduğu sosial-iqtisadi islahatlara mane olmaq məqsədilə Rusiya ilə münasibətləri qırılma həddinə çatdırmaq üçün bütün vasitələri işə salıb.

"Respublikaçı Partiyası parlament binasının divarları xaricində Paşinyana qarşı mübarizəyə başlayır” başlığı ilə tirajlanan məlumatlar İrəvanın siyasi palitrasına yeni rənglər əlavə edir. Yəni, keçmiş hakimiyyət Paşinyanı "rus baltası” ilə aşırmağa çalışacaq.

Cəmiyyət daxilində Paşinyan hakimiyyətindən artan qeyri-məmnunluğu fürsət bilən "Karyak Media”ya daxil olan saytlar "Paşinyan devriləcək” kampaniyasına başlayıblar. Paşinyan və komandası tərəfindən müzakirə edilən bu müəmmalı iddialar o ehtimalı yaradıb ki, keçmiş hakimiyyət yeni hökumətə qarşı iki cəbhədə döyüş meydanına atılıb”.

Təsadüfi deyil ki, "Karyak Media”nın internet resursları son günlər daha çox Paşinyanın vəd etdiyi sosial-iqtisadi islahatları həyata keçirmək potensialının olmadığı, Rusiya-Ermənistan münasibətlərinin gərginləşəcəyi, Rusiyadan satılan qazın qiymətlərinin artırılacağı, Yuri Xaçaturovun KTMT-dən qovulmasından sonra Ermənistanın ittifaqdakı nüfuzunun itirildiyinə, İrəvanın Dağlıq Qarabağ danışıqlarında məğlubiyyətə yaxın olmasına dair silsilə məqalələr dərc edilir.

"Karyak Media” platforması bu iş üçün keçmiş dövlət rəsmiləri – Armen Aşotyan, Eduard Şarmazanov və David Şahnazaryandan "təxribat işi üzrə koordinator” kimi istifadə edir: "Başqa sözlə, keçmiş siyasi elita Paşinyandan intiqam almağa hazırlaşır.

Məlumata görə, həbsdə olan ikinci prezident Robert Köçəryan və komandası bunun üçün media və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərəcək xüsusi mütəxəssis və anti-Paşinyan qrupları yaradıb. Əks həmlə öz sürətini saxlayacağı halda, yaz aylarında Ermənistanda ictimai-siyasi vəziyyətin yenidən gərginləşəcəyi, başqa sözlə, açıq qarşıdurmaların başlayacağına şahid ola bilərik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}