8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Venesuela ilə Braziliyanın sərhədini humanitar yardımla yüklü ilk yük maşını keçib. Virtualaz.o.org xəbər verir ki, özünü müvəqqəti prezident elan etmiş Xuan Quaydo bu barədə Tvitter-dən elan edib.
"Diqqət, Venesuela! Rəsmən elan edirik ki, humanitar yardımdan ibarət ilk yüj Braziliyadan bizim sərhədimizi keçdi. Bu böyük nailiyyətdir!”-Quaydo bildirib.
Bundan əvvəl Nikolas Maduro ölkənin Braziliya və Kolumbiya ilə sərhədini bağlı elan edərək ora ordu qüvvələri yeritmişdi. Humanitar yardımın ölkəyə daxil olmasının qarşısını almaq üçün Kolumbiya ilə sərhəddə beton bloklar və iri yük maşınları qoyulub. Lakin humanitar yardımla dolu yük maşınının keçməsi Maduronun sərhədə nəzarəti itirməsi deməkdir. Gözlənilir ki, daha bir neçə yük maşını müxtəlif nöqtələrdən sərhədi keçəcək.
Xəbər verilir ki, Quaydonun tərəfdarları Kolumbiya və Venesuela ilə sərhəddə avtobusa da od vurublar. Habelə Milli Qvardiyanın bir neçə hərbçisi avtomobillə blok-postu taran edərək Kolumbiya tərəfinə keçib və bu ölkənin sərhədçilərinə təslim olub. Onlar Quaydonu dəstəklədiklərini və ailələrini qorumaq üçün sərhədi keçdiklərini elan ediblər.
Bu arada Quaydo elan edib ki, Maduro rejiminin dörd yüksək vəzifəli şəxsi Türkiyəyə qaçıb. Lakin müvəqqəti prezident onların adlarını açıqlamır.
Quaydo öz tərəfdarlarını Milli Qvardiyanın kazarmaları qarşısına toplaşaraq hərbçiləri xalqın tərəfinə keçməyə inandırmağa çağırıb. Onun çağırışı ilə Santa-Fe rayonunda mindən yuxarı müxalifət tərəfdarı Milli Qvardiyanın və Hərbi Hava Qüvvələrinin kazarmalarının qarşısına toplaşıb. Onların qarşısını polis qüvvələri kəsib. Vəziyyətin hələlik sakit olduğu və qarşıdurmanın yaşanmadığı bildirilir. Lakin toplaşanların sayının getdikcə artdığı xəbər verilir.
Bu arada Xuan Quaydonun özünün də Kolumbiya ilə sərhəddə olduğu bildirilir. Məlumatlara görə Kolumbiya istiqamətindən də humanitar yardımla dolu yük karvanı Venesuelaya tərəf hərəkət edir, karvana Quaydonun başçılıq edəcəyi bildirilir. Əgər karvan sərhədi keçsə bu Maduro rejimi üçün ciddi məğlubiyyət olacaq və ordunun ona dəstəyinin getdikcə azaldığını göstərəcək.
Virtualaz.org