29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-a səfərə gedib.
Sozcu.info xəbər verir ki, Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.
Konfrans çərçivəsində "Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan "dəyirmi masa"nın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.
Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatacaq.
Qeyd edək ki, sayca ikinci dəfə keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir./report