Ərdoğan ABŞ Konqresinə səsləndi: “ƏLİ-QOLU BAĞLI DURMAYACAĞIQ”

Ərdoğan ABŞ Konqresinə səsləndi: “ƏLİ-QOLU BAĞLI DURMAYACAĞIQ”

 

Sozcu.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin iclasında Türkiyənin Rusiyadan silah aldığı üçün ABŞ-ın sanksiyalar tətbiq eləmək təhdidinə cavab verib.

"PYD-yə on minlərlə tır silah-sursatı, texnikanı havayı verirlər. Bizim strateji müttəfiqimiz kimi görünənlər verirlər. F-35-lər üçün 1 milyard 400 milton dollar vəsait ödəmişik: 4 ədədini ABŞ-da pilotlarımıza təslim elədilər, amma ölkəmizə gəlməsinə iczə vermirlər. Sonra da soruşurlar ki, "Partiot”u niyə bizdən almadınız. Biz verdiyimiz sözlərimizə əməl edirik. Lakin biz Obama dövründə "Patriot” almaq istədiyimiz zaman siz vermədiniz. Cənab Trampın dövründə yenə də əngəl olmağa çalışırsınız. Biz nə eləməliyik? Kim verərsə, ondan almalıyıq. Rusiya ilə tam razılaşdıq. F-35 vermirsinizsə, o sahədə də tədbirlərimizi görər, başqa səmtə üz tutarıq”.

Ərdoğan deyib: "F-35 layihəsindən kənarlaşdırma təhdidləri başda olmaqla heç bir sanksiyanın ölkəmizin təhlükəsizlik prioritetlərini həyata keçirməkdən kənarlaşdırmayacağını bir daha bildirmək istəyirəm. Türkiyəyə bundan artıq haqsızlıq edilməməlidir”.

"F-35-lər üçün 1 milyard 400 milyon dollar pul ödədik. 4 ədədini Amerikada pilotlarımıza təslim elədilər. Ondan sonra "Patriot”u niyə bizdən almadınız, S-400-ü Rusiyadan aldınız?” dedilər. Buradan Amerikanın Kongresinə də səslənirəm. "Patriot”u siz vemədiniz. Biz pulumuzla alırıq, pulumuzla da vermirsiniz. Kim verərsə, ona üz tutacağıq. Dedik ki, versəniz, "Ptriot” da alarıq. İnciməyin. F-35 vermirsiniz? Biz də tədbirimizi görər, başqa səmtə dönərik. Əli-qolu bağlı durmayacağıq”.



Oxşar Xəbərlər

Xəbər lenti