“Böyük Britaniya Avropa İttifaqını oktyabrda tərk edəcək” –Birləşmiş Krallığın xarici işlər naziri

“Böyük Britaniya Avropa İttifaqını oktyabrda tərk edəcək” –Birləşmiş Krallığın xarici işlər naziri

 

Brüssel Böyük Britaniyanın istənilən halda bu il oktyabrın sonlarınadək Avropa İttifaqını tərk edəcəyini anlamalıdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri Birləşmiş Krallığın xarici işlər naziri Dominik Raab Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-formal görüşündə səsləndirib.

"Biz oktyabrın sonlarında Avropa İttifaqını tərk edəcəyik. Bu baş verdikdən sonra da İranın nüvə proqramı, xarici siyasətin bütün spektrləri də daxil olmaqla Avropa İttifaqı ilə əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə nazir bildirib.

O, həmçinin ölkənin Baş naziri Boris Consonun parlamentin işini Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə müzakirələrdən yayınmaq üçün dayandırdığı barədə ittihamları qəbul etməyib.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırııb. Kraliça II Elizabet onun bu qərarını dəstəkləyib.



Oxşar Xəbərlər

Xəbər lenti