MOSKVADA ÇOXTƏRƏFLİ LİVİYA DANIŞIQLARI – Marşal Həftar sazişi imzalamadan Moskvanı tərk etdi (Yeniləndi)

MOSKVADA ÇOXTƏRƏFLİ LİVİYA DANIŞIQLARI

 

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

"Report” xəbər verir ki, bu barədə RİA "Novosti” liviyalı mənbəyə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin, Haftar sabaha kimi vaxt istəyib.

***

Rusiyanın Xarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.

"Report” xəbər verir ki, Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Həftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir. Görüş Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutub. 

 

Görüşün sonunda Liviyada atəşkəsin elan olunması ilə bağlı tərəflər arasında razılaşma imzalanması gözlənilir. Eyni zamanda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri yanvarın 12-si saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.




Oxşar Xəbərlər

Xəbər lenti