“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Gürcüstanın yeni patriarxı seçildi
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” -
Şəhid atası
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
Yaponiya yeni kəşfiyyat qanununu qəbul edib
-Səksən illik parçalanmış struktura son qoyulur
Əvvəlki
Sonrakı
Prezident qonaqlarını qarşıladı
Dünən, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ermənistan Rusiya ilə tam “qırılma nöqtəsində”
- 102-ci baza çıxarılsın!
Qarabağ müharibəsində Kremli tərəfə çevirə bilməyən məkrli düşmən “oturduğu budağı” kəsəcəyi ilə hədələyir; general Yaşar Aydəmirov: “Ermənistan Rusiyanı şantaj edib, Gümrüdən silah-sursat götürmək, rus hərbçilərini öz tərəflərinə çəkmək və onları bu müharibəyə cəlb etmək istəyir”
İşğalçı Ermənistan Qarabağ cəbhəsində Azərbaycan ordusundan sarsıdıcı zərbələr almaqdadır. Rusiyanı münaqişəyə cəlb etmək və hərbi kömək almaq cəhdi uğursuzluğa düçar olan Ermənistan cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar güclənib.
Erməni politoloq Stepan Qriqoryan və Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan bu narazılığı açıq etiraf ediblər. Erməni politoloq Stepan Qriqoryanın açıqlaması bu narazılığın açıq şəkildə büruzə verildiyini göstərir. “Rusiya Ermənistanı aldadıb. Ermənistan Rusiya üçün beynəlxalq arenada öz ziyanına olsa da, bir sıra ciddi addımlar atdı. Amerikalılar, avropalılar, ukraynalılar və gürcülər bizdən inciyirdi. Amma əsas ümidimiz Rusiyanın dəstəyinə idi. Və bütün bu olanlardan sonra Rusiya, yumşaq desək, bizə dəstək olmadı. Bu hamımız üçün dərs olmalıdır! Rusiyaya orientasiyalı siyasət etibarlı iş deyil”, erməni ekspert deyib. Qriqoryanın fikrincə, Qarabağ döyüşləri İsrail və Türkiyə silahlarının Rusiya silahlarından üstün olduğunu isbat edib. “Dronlar, özüyeriyən artilleriya qurğuları özünü çox yaxşı nümayiş etdirir, Rusiya silahları isə özünü doğrultmur. Müharibə Rusiya silahının Türkiyə silahından geri qaldığını nümayiş etdirdi. Moskva həm siyasi, həm də hərbi baxımdan etibarsız müttəfiqdir”- deyə politoloq söyləyib. O, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını təklif edib.
Analoji təklifi Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da söyləyib
. “Rusiya Ermənistandan qoşunlarını çıxarmalıdır. Ermənistan faktiki olaraq Rusiyanın koloniyasına çevrilib”-deyə, partiya sədri bildirib. Modern.az-ın xəbərinə görə, anti-Rusiya mövqeyi ilə tanınan ultramillətçi “Sasna Tsrer” partiyası da Rusiyanın ünvanına ciddi ittihamlarla çıxış edib. Belə ki, partiyanın lideri Jirayr Sefilyan Rusiyanı onlara Hava Hücumundan Müdafiə Sistemləri və s. müasir silahlar verməməkdə ittiham edib. Onun fikrincə, Moskva öz üzərinə düşən missiyanı yerinə yetirmir. “Xarici siyasətdə Moskvaya yönələn xətdən imtina etməliyik. ABŞ, İran, Çin, Gürcüstan və Hindistanla qarşılıqlı əlaqələr qurmalıyıq”
- deyə, Sefilyan söyləyib.
Qeyd edək ki, bu, Ermənistanda baş qaldıran ilk anti-Rusiya mövqeləri deyil. Bundan əvvəl dəfələrlə Rusiyanın Ermənistandakı hərbi bazası, rus dili, Rusiya KİV-lərinin yayılması ilə bağlı Qərbə bağlı dairələr tərəfindən çağırışlar səslənib. Hətta dəfələrlə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib və elçilik yumurta “atəş”inə tutulub. Dəfələrlə Rusiya dairələrindən ermənilərə “ağıllı olun”, mesajları verilsə də, taleyi Rusiyadan asılı olan bu ağılsız toplum yenə də anti-Rusiya mövqeyindən əl çəkmir. Düzdür, vəziyyəti normal təhlil etmək qabiliyyətinə malik oaln erməni politoloqlar bu ölkənin varlığının birbaşa Rusiyanın Ermənistandakı mövcudluğu ilə əlaqələndirirlər və Rusiyaya “üsyan” edənləri oturduqları budağı kəsməməyə çağırırlar. Ancaq belə görünür ki, Qərbə üz tutmaq istəyən ermənilər Rusiyanı şantaj etmək yolu ilə nə isə qazanacağını zənn edirlər.
Nikol Paşinyan və onun Sorosa bağlı komandası Rusiyadan uzaqlaşmaq üçün çeşidli oyunlar oynadığı halda, bu günlərdə 1997-ci ildə imzalanmış Rusiya-Ermənistan müqaviləsini xatırlatdı və V.Putinə yazdığı məktubda Moskvadan hərbi yardım istədi. Anaq Rusiya prezidenti Paşinyana cavab verməyə ehtiyac görmədi və ona XİN vasitəsilə çatdırdı ki, müharibə Azərbaycanın sərhədləri daxilində getdiyi üçün kömək gəlməyəcək. Rusiyanın “dirsəy”ini görən ermənilər isə bunun qarşılığında növbəti dəfə 102-ci hərbi bazadan “imtina” məsələsini gündəmə gətirib.
Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan nazir Davit Tonoyanın bu məsələlərə baxışını təqdim etmişdi. “Müdafiə nazirinin yanaşmasına görə, 102-ci hərbi bazanın fəaliyyətinin dayandırılması barədə bəyanatlar və nəşrlər mənəviyyat çatışmazlığının, geosiyasi və hərbi-siyasi cahilliyin nəticəsidir”, - deyə, Stepanyan bildirmişdi. Ancaq yaranmış yeni situasiyada D.Tonoyanın səsi çıxmır. Müharibədə sarsıdıcı zərbələr alan Tonoyan çox istərdi ki, Rusiyadan kömək gəlsin. Bu mənada onun anti-Rusiya bəyanatlarını sükutla qarşılaması erməni ekspertlərin dilindən səslənən ultimatumlarla razılaşmasının təsdiqidir.
Yaşar Aydəmirov
Ehtiyatda olan general Yaşar Aydəmirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan növbəti dəfə məkrli oyun oynayır: “Ermənistan Rusiyanı şantaj edib, Gümrüdən silah-sursat götürmək, rus hərbçilərini öz tərəflərinə çəkmək və onları bu müharibəyə cəlb etmək istəyir. Ancaq Rusiya uşaq deyil ki, ciddi dövlətdir”. General şübhə etmir ki, Ermənistan hakimiyyəti bu cür anti-Rusiya çağırışlarına meydan verməklə Qərb dairələrinə mesaj vermək istəyir:
“Paşinyanın siyasəti bundan ibarət idi ki, mən Qərbə doğru gedirəm. Rusiya da əvəzində dedi ki, Qərbə yaxınlaşırsansa, onda get, görüm necə gedirsən. Hər halda, tərəflər vəziyyəti yaxşı bilirdilər”. Y.Aydəmirov Rusiyanın Ermənistandan imtina edəcəyinə, hərbi bazasını çıxaracağını inanmır: “Bu, siyasi məsələdir, daha yaxşı siyasi şərhçilər təhlil edə bilərlər. Amma Azərbaycandan kifayət qədər ehtiyat etdikləri üçün Rusiya bazasından imtina edəcəklərini də gözləmirəm”. Ehtiyatda olan zabit Ermənistanın rus sərhədçilərinə qarşı təxribat törədə biləcəyini də istisna etmədi: “Yəqin ki, Rusiya da kifayət qədər diqqətlə izləyir məsələləri. İndi kifayət qədər kosmik imkanlar, peyklər var ki, Ermənistanın törədəcəyi istənilən təxribatı ifşa etmək çətinlik törətməyəcək. Digər tərəfdən, ermənilər ilk dəfə deyil ki, belə təxribatlara əl atırlar. Neçə vaxtdır ki, yalançı hay-küy qaldırıblar ki, guya Azərbaycan Ermənistan ərazisini atəşə tutur, mülki sakinlər ölür, yaxud rus hərbçilər atəşə tutulur, Xankəndi, Şuşanın dinc sakinləri hədəfə alınır... Bunlar min dənə variant ortaya atırlar. Nə qədər gülünc addımlara gedirlər, hətta bizim hərbi geyim geyinmiş sənət adamlarımızın fotolarını yayıb iddia edirlər ki, onları öldürüblər. Belə qeyri-ciddi dövlətdir”. Y.Aydəmirov bildirdi ki, Rusiya Ermənistanın üzərindən əlini çəksə, bu ölkə məhv olar: “Ermənilər qazı, elektrik enerjisini Rusiyadan alır, ermənilər Rusiyada çörək qazanırlar. Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı Rusiyadır. Rusiya ermənilərdən üz çevirsə, bir gün belə yaşaya bilməzlər. Sadəcə, ermənidir də, şantaj yolu ilə nə isə qopartmaq istəyir. Ancaq keçməyəcək”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Paşinyanın Putinə məktub yazmasının arxasında da məhz bazalar amili dayanırdı:
“Paşinyan bilirdi ki, yenə də rədd cavabı alacaq və Rusiya ermənilərin əvəzində gəlib Qarabağda döyüşən deyil. 5 telefon zənginin də nəticəsi olmadı və sonda məktub yazdı. Məktubuna cavabı da nəinki Putin, heç Lavrov da vermədi, XİN-dən növbətçi cavab göndərdilər ki, müharibə Ermənistanın ərazisində getmədiyi üçün biz sizə dəstək verə bilmərik. Bunu da Paşinyan əlində rəhbər tutaraq cəmiyyətinə mesaj göndərir ki, artıq biz Rusiyadan nə isə uma bilmərik, Rusiya bizə kömək etməyəcək. Ona görə də ermənilər hərbi baza ilə bağlı narazılıqlarını bildirirlər”. Amma E.Şahinoğlu hesab edir ki, ermənilər Rusiyanın Gümrüdəki hərbi bazasından kifayət qədər istifadə etdilər: “Oradan Dağlıq Qarabağa nə qədər hərbi yük daşıdılar, bunu dövlət başçısı İlham Əliyev də vurğuladı. Həmin yüklər hamısı məhv edildi. Rusiya da görür ki, onun hərbi texnikası Azərbaycan dronları tərəfindən Qarabağda məhv edilir. Bu, Rusiyanın hərbi-sənaye kompleksinin imicinə çox mənfi təsir edir. Nə qədər silah verir, ermənilər gətirir Qarabağa, biz də onları məhv edirik. Ona görə də bir məqamda Rusiya Ermənistana hərbi texnika verilməsini də dayandıra bilər. Bəlkə də bu proses artıq başlayıb ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı Ermənistanda fikirlər səslənməkdədir”. Politoloq digər məsələyə də diqqət çəkdi: “Paşinyanla bağlı başqa fikirlər də səslənir ki, qəsdən bu müharibəyə rəvac verdi, Rusiyanın Ermənistanın arxasında durmadığı sübut olunsun və Paşinyan gələcəkdə Dağlıq Qarabağdan imtina edəndən sonra rahat şəkildə Qərbə doğru inteqrasiya siyasəti yürütsün. Bu, Paşinyan üçün çox riskli bir siyasətdir. Çünki Ermənistan təkcə hərbi mənada deyil, iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Odur ki, Rusiya onu müxtəlif yollarla cəzalandıra bilər. Amma hər halda, müəyyən vasitələrlə Rusiyaya qarşı narazılıqları bildirməyə başlayıblar”.
E.Şahinoğlu Rusiyanın Ermənistandan asanlıqla imtina edəcəyini düşünmür:
“Rusiya ilə Ermənistan arasında imzalanmış müqavilə var. Sadəcə, erməni cəmiyyətində narazılıq ondan ibarətdir ki, onlar hər zaman yanlış olaraq Rusiyanın Qarabağı qoruyacağını, Azərbaycanın oraya nəzarət etməsinə imkan verməyəcəyini düşünürdülər. Amma ötən bir ay sübut etdi ki, Rusiya proseslərə qarışmaq istəmir. Ona görə də Rusiya kənarda dayanıb. Amma Rusiya Ermənistanı da itirmək istəmir. Ermənilər isə Rusiyaya dolayısı ilə belə bir mesaj göndərirlər ki, biz Qarabağı itirsək, siz də bizi itirə bilərsiniz. Belə bir şantaj üsuluna əl atıblar. Amma Ermənistan Rusiyadan vaz keçsə də, Rusiya Ermənistandan vaz keçməyəcək, çünki bu, həm də imic məsələsidir. Orada hərbi bazalar var, iqtisadi zəmində böyük zavodlar Rusiyanın tabeçiliyindədir, Rusiya ermənilərə ucuz qaz verir. Yəni Paşinyan siyasətini dəyişdirsə, təkcə hakimiyyətini itirməyəcək, həm də Ermənistanın özünü çökdürə bilər. Rusiyanın əlində Paşinyanı devirmək üçün kifayət qədər alətlər var, necə ki, vaxtilə Levon ter-Petrosyanı devirmişdi...”
Gözləyək, qarşıdakı kritik günlərdə Paşinyanın necə davranacağından da çox şey asılıdır. Maraqlıdır, Rusiya prezidenti Paşinyana son zəngində nə deyib...
Oxşar Xəbərlər
Laçına 12 kilometr qaldı, erməni generalları bir
“Əsas məqsəd Rusiyanı münaqişəyə cəlb etməkdir” -
“Düşmənə ağır və sarsıdıcı zərbə endirilib” – Müdafiə nazirinin müavini
“Cenevrədə Ermənistan Azərbaycanın tələbləri qarşısında...”
Xəbər lenti
“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
Prezident qonaqlarını qarşıladı
Süni intellekt və yağış duası-Xəqani Cəfərli yazır
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir - Azər Məmmədovun şərhi
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Gürcüstanın yeni patriarxı seçildi
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı -
FOTO
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
Sabah 30 dərəcə isti olacaq
“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” -
Şəhid atası
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Mayda pensiya gözləyənlərə XƏBƏR
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
Göygöldə QƏZA:
5 nəfər xəsarət aldı
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Yaponiya yeni kəşfiyyat qanununu qəbul edib
-Səksən illik parçalanmış struktura son qoyulur
“BU İŞ SONA ÇATMAĞA DOĞRU GEDİR”
– Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?
Beyləqanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
-Foto
Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
PRİZMA
Süni intellekt və yağış duası-Xəqani Cəfərli yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Sabah 30 dərəcə isti olacaq
Mayda pensiya gözləyənlərə XƏBƏR
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Bazar gününün HAVA PROQNOZU