“Eldar Mahmudov telefonların dinlənilməsinə icazə vermişdi...” - General

“Eldar Mahmudov telefonların dinlənilməsinə icazə vermişdi...” - General

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallının ittiham olduqları cinayət əməlləri üzrə epizodların detalları bəlli olur.

"Qafqazinfo" iş adamlarının qanunsuz dinlənilməsində ittiham edilən Akif Çovdarovun cinayət işi üzrə şahid qismində dindirilən Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general Quliyev Teymurun istintaqa ifadəsini əldə edib.

T.Quliyev bildirib ki, ona təqdim edilən 2014-2015-ci illərdə ləğv edilmiş MTN-in Monitorinq Mərkəzi tərəfindən icra edilmiş tapşırıq vərəqələri ilə tanış olub:

"MTN-in Monitorinq Mərkəzinin fəaliyyəti barədə təlimatına uyğun olaraq yalnız nazirin icazəsi olan tapşırıqlar Monitorinq Mərkəzinə daxil olur, həmin tapşırıqda təşəbbüskar struktur qurumun rəhbəri tərəfindən imzalanaraq əldə olunan məlumatların konkret kimə çatdırılması göstərilmiş olur. Həmin tapşırıq Monitorinq Mərkəzinə daxil olduqdan sonra onun tərəfindən təlimata uyğun olaraq aidiyyəti üzrə icraya yönəldilir, mən həmin tapşırığı Monitorinq Mərkəzinin əməliyyat üzrə müavini Fuad Səfərova, o olmadıqda Vidadi Soltanovla, aidiyyəti üzrə müvafiq şöbə rəislərinə həvalə edirdim.

Vidadi Soltanov da öz növbəsində həmin tapşırığı hədəf inzibatçısı Fərhad Atayevə verir, sonra müvafiq şöbənin rəisi ilə razılaşdırılaraq hədəf seçilərək Fərhad Atayev tərəfindən operatorların profillərinə göndərilirdi. Tapşırıqlar göstərilidiyi müddət ərzində icra edildikdən sonra tapşırıq vərəqələri Vidadi Soltanovun tərəfindən işə alınıb. Əldə olunmuş məlumatlar icra prosesində operator tərəfindən təşəbbüskarla əməliyyat rabitəsi vasitəsi ilə əlaqə saxlanılaraq əldə edilmiş məlumatlar həmin şəxsə bildirilir.

Təşəbbüskar ona verilən məlumatların içərisindən ona lazım olan məlumatları seçdikdən sonra operator, müvafiq şöbə rəisi tərəfindən xüsusi formada arayış tərtib edildikdən sonra əməliyyat üzrə müavin ona təqdim edərək tərəfindən imzalanaraq təşəbbüskar struktur quruma göndərilirdi. Mənə təqdim edilən tapşırıqlarda qeyd edilən şəxslərin heç birini tanınıram və onlarla hər hansı bir əlaqəm olmayıb. Tapşırıqların məhkəmə qərarı əsasında olub-olmamasından xəbərsizəm, həmin qərarın alınıb-alınmaması dəqiqləşdirmək mənim vəzifəsinə aid olmayıb. Qulaqasma ilə bağlı məhkəmədən qərarların alınması mənim vəzifə səlahiyyətlərinə aid olmayıb, əgər məhkəmə qərarı alınması zəruri hesab edilmişdirsə onda həmin qərar təşəbbüskar qurum tərəfindən alınaraq özlərində olan yoxlama materiallarına əlavə edilmiş ola bilər.

Mənim isə həmin materiallarla tanış olmağım qeyri mümkün idi. Yalnız nazirin icazəsi ilə daxil olmuş tapşırıqlar əsasında təşəbbüskar struktur qurumun müəyyənləşdirdiyi obyekt ətrafında tədbirlər Monitorinq Mərkəzi tərəfindən əsasnaməyə uyğun olaraq həyata keçirilib və əldə olunan məlumatlar təşəbbüskar qurumlara göndərilib. Monitorinq Mərkəzi tərəfindən verilən məlumatlardan hansı məqsəd və niyyətlər üçün istifadə olunmasından heç bir məlumatım yoxdur. Mənə və əməkdaşlarımıza rəsmi ödənişlərdən başqa hər hansı bir ödənişlər olunmayıb.

İş adamları Elşad Abdullayevin, "Vivalaf” firmasının rəhbəri İlqar Budaqov, Vüqar Əliyevin, Səhrab Allahverdiyevin, İlham Qasımovun və Namiq Orucovun telefonlarına qulaq asılması tapşırıqları üzrə təşəbbüskarlar müvafiq olaraq MTN-in əməkdaşları Azər Əliyev, Cəbrayıl Əhmədov, Salman Həsənov, Fizuli Əliyev və Vüqar Muxtarov olub.

Həmin tapşırıqlar 6-cı Baş İdarənin rəisi Akif Çovdarov və 4-cü Baş İdarənin rəisi Sübahir Qurbanov tərəfindən təsdiqlənib, sabiq nazir Eldar Mahmudov tərəfindən tədbirin Monitorinq Mərkəzi tərəfindən keçirilməsinə icazə verilib və müvafiq qaydada tapşırığn icrası həyata keçirilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi təşəbbüskara göndərilib".



Oxşar Xəbərlər

Xəbər lenti