Prezident İlham Əliyev:"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz”

Prezident İlham Əliyev:"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz”

 

"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub".

"Bloomberg" agentliyi xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib.

"2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", – deyə prezident vurğulayıb.

Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

 "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", – deyə o bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}