Ağ Ev FBI ilə Trampın Rusiya ilə əlaqələri haqda məlumatları müzakirə etdiyini təsdiq edib

Ağ Ev FBI ilə Trampın Rusiya ilə əlaqələri haqda məlumatları müzakirə etdiyini təsdiq edib

 

Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri Ağ Ev administrasiyasının rəhbəri Reyns Pribusun Federal Təhqiqatlar Bürosunün (FBI) rəsmiləri ilə Trampın prezident seçki qərargahı və Rusiya arasında mümkün kontaktlar haqda mətbuatda verilmiş məlumatları müzakirə etdiyini təsdiq edib.

Müzakirələrin aparılması Ədliyyə nazirliyinin Ağ Ev və FBI arasında təhqiqat bitməmiş işlərin müzakirəsilə bağlı kontaktların məhdudlaşdırılmasına dair uzun zamandır mövcud etik qaydaların pozulması ola bilər.

Lakin administrasiyanın adlarının çəkilməməsi şərtilə danışan yüksək səviyyəli rəsmiləri cümə günü mətbuata bildirib ki, FBI-ın Ağ Evin Trampın yaxın tərəfdaşlarının 2016-cı ABŞ prezident seçki kampaniyası zamanı Rusiya hökuməti ilə mümkün kontaktlarına dair The New York Times qəzetindəki məqaləni təkzib etmək haqda müraciətini rədd etməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Federal Təhqiqatlar Bürosunün direktoru Ceyms Komi

Federal Təhqiqatlar Bürosunün direktoru Ceyms Komi


CNN tele kanalının verdiyi məlumata görə, Pribus FBI direktoru Ceyms Komi və direktorun müavini Endrü Makkabeyə Trampın tərəfdaşlarının Rusiya ilə kontaktlarına dair məlumatları açıq şəkildə təkzib etməsi ilə bağlı müraciət edib. Komi bunu etməkdən imtina edib.

Administrasiyasının yüksək səviyyəli rəsmiləri cümə günü mübxbirlərə bildiriblər ki, Ağ Evdə görüşün ardınca Makkabe Pribusla əlaqə saxlayaraq, məlumatların həqiqətə uyğun olmadığını deyib.

Rəsmilərin sözlərinə görə Pribus Makkebedən "biz bu məsələ ilə bağlı nə edə bilərik" soruşaraq, Ağ Evin imicina zərbə vurulduğunu deyib.

Rəsmilərin bildirdiyinə görə, Ceyms Komi Pribusa zəng edib və FBI-ın məqalə ilə bağlı bəyanat verə bilməyəcəyini deyib.

Konqresin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi

Pelosi təhqiqata çağırır

Konqresin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi Ədliyyə nazirliyini Pirbusun FBI ilə kontaktlarını təhqiq etməyə çağırıb.

"Trampın rəhbərliyi altında Ağ Ev FBI-ya təzyiq göstərməkdə ifşa edilib. Bu, Trampın yüksək səviyyəli rəsmiləri və Rusiyanın kəşfiyyat agentləri arasında mümkün təhlükəli əlaqələrə dair milli təhlükəsizlüik üçün olduqca mühüm təhqiqatı təhlükə altına alır. Bu hərəkət Ədliyyə nazirliyinin qaydalarının pozulmasıdır və qeyri-qanuni kimi qiymətləndirilə bilər"-deyə bəyanatda bildirilir.

Tramp 2016-cı il prezident seçkilərində qələbə çaldıqdan sonra Rusiya ilə mümkün əlaqələrinə dair suallarla qarşılaşır.

Rusiyanın seçkilərə müdaxiləsilə bağlı təhqiqat

ABŞ kəşfiyyat orqanları Rusiyanın Demokrat partiyasının Milli Komitəsinin serverinə müdaxilə edib, emailləri sızdırdığı, həmçinin demokrat namizəd Hillari Klintonun imicinə zərər vermək məqsədilə saxta xəbərlər yaydığı haqda nəticə çıxarıb.

ABŞ kəşfiyyat orqanları və Konqresin bir neçə komitəsi Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.

Tramp və onun komandasının üzvləri Rusiya rəsmiləri ilə kampaniya müddətində əlaqələri olduğunu rədd edir. Tramp keçən həftə deyib ki, "mənim tanıdığım heç bir kəs" Rusiya kəşfiyyat orqanları ilə kontaktda olmayıb.

Cümə günü isə Tramp Tvitter səhifəsində FBI-ı tənqid edib və sızdırmaya görə məsuliyyət daşıyanların tapılacağını bildirib.

"FBI uzun zamandır bizim hökumətimizdə milli kəşfiyyatt məlumatlarını sızdıranları dayandırmaq qabiliyyətinə malik deyil. Onlar hətta FBI-ın öz daxilində məlumatları sızdıran mənbələri tapa bilir. Məxfi məlumatların mediaya çatdırılmasının ABŞ üçün dağıdıcı nəticələri ola bilər. ONLARI DƏRHAL TAPIN"-deyə o Tvitter səhifəsində yazıb.

Tramp media ilə bağlı tənqidlərini mühafizəkar siyasi fəaliyyət qrupunun konfransında davam etdirib.

Eyni zamanda, The New York Times, CNN və Politico kimi xəbər agentliklər Ağ Evdə mətbuat katibi Şon Spayserin keçirdiyi brifinqə buraxılmayıb ("Amerikanın səsi").



Oxşar Xəbərlər

Xəbər lenti