Müvəqqəti işlər vəkili: Azərbaycan və Peru bütün səviyyələrdə əməkdaşlıq edə bilər

 

Azərbaycan və Peru ikitərəfli, regional və çoxtərəfli səviyyələrdə əməkdaşlıq edə bilər. Bunu Trend-ə Perunun Bakıdakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub və həmin dövrdən bu münasibətlər inkişaf edir.

L.Ç.Boldrininin sözlərinə görə, Peru səfirliyinin Azərbaycandakı fəaliyyətinin prioritetləri siyasi və iqtisadi sahələrdə əlaqələrə diqqət ayırmaq olacaq:

"Peru və Azərbaycan öz regionlarında böyük nüfuza malikdir. Hər iki ölkə xarici siyasət üzrə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq imkanına malikdir”.

Diplomat bildirib ki, bu məqsədlə tərəflər hazırda Peru və Azərbaycan Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol çərçivəsində birinci görüşün təşkil olunması üzərində çalışır:

"Biz bu görüşdə iştirak məqsədilə Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti göndərmək niyyətindəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti