BAKIDAN İRƏVANA MÜHÜM MESAJLAR – 3 ölkə ortaq mövqe nümayiş etdirdi


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakı Bəyannaməsinin mətnində Ermənistanla bağlı hissəsi diqqət çəkir. 

Bəyanatda deyilir: “Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq ediblər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu uzun cümlə ilə Ermənistana bi neçə mesaj göndərilir:

“-İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını yubatmasın;

-Bu saziş Ermənistanın regional layihələrə qoşulmasına şərait yaradacaq;

-Ermənistan uzaq ölkələrdə vasitəçi axtarmaqansa Gürcüstan və Türkiyənin imkanlarından istifadə etsin”.

Politoloq hesab edir ki, bunlar reallaşarsa, Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasında iştirakı da mümkündür.

Azpolitika.info




Oxşar Xəbərlər

Xəbər lenti