Xocalı və Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ açıqlaması


Xəbər verdiyimiz kimi, Xocalı görüşündən sonra Qarabağdakı erməni separatçıları xeyli aktivləşib. Onların sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayılıb.

Qarabağdakı separatçılar dəstəyi haradan alır?

Türkiyənin terror və təhlükəsizlik eksperti Abdullah Ağar Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan Qarabağdakı separatçılardan və rus sülhməramlılarının orada olmasından istifadə edərək Azərbaycanın növbəti addımlarına mane olmağa çalışır.

77a07eedbdd21f9f3aab9a307d82f0e9.jpg (248 KB)

Ekspertin sözlərinə görə, proseslərin arxasında Ermənistan və Qarabağdakı separatçılar görünsə də, vəziyyət göründüyü kimi deyil:

"Proseslərin arxasında Azərbaycanın yüksəlişinə mane olmaq istəyənlər dayanır. Qarabağa sahib olmaq Azərbaycanın növbəti addımlarına yol açır. Cənubi Qafqaz, Qarabağ üzərindən ciddi rəqabətin getdiyini görürük. Bu isə bütün Asiyanın geosiyasi durumuna təsir edir. ABŞ və Rusiya Suriyada kürd etnik qruplarını öz mənfəətlərinə uyğun şəkildə yönləndirməyə çalışır. Qarabağdakı durumu öz mənfəətlərinə uyğun şəkildə dəyişdirmək istəyənlər isə yalnız Rusiya və ABŞ deyil. Bura Fransa başda olmaqla əksər Qərb ölkələri də daxildir.

Rusiya hazırda Ukrayna savaşına diqqət yönəldib. Amma əlində topladığı təsir imkanları itirmək arzusunda deyil. Bu baxımdan qazandıqlarını və Ermənistan üzərində təsirini qorumağa çalışır. Lakin Qarabağ Azərbaycanındır. Bu torpağın Azərbaycana qayıtmalı olduğunu bilir. İstənilən halda Rusiyanın əməllərini gözardı etmək olmaz".

"Qərblə Rusiyanın Qarabağla bağlı toqquşması mümkündürmü" sualına Abdullah Ağar belə cavab verib:

"Qərblə Rusiyanın Qarabağ mövzusunda toqquşması onsuz da var. Bu toqquşmanın ən önəmli parametri Rusiyanın Ukrayna savaşından hansı nəticə ilə çıxacağıdır. Bu haqda indidən nəsə demək mümkün deyil. Dinamik nəticələrə baxdığımız zaman Qərbin SSRİ-nin dağılmasına oxşar nəticə hədəflədiyini görə bilərik. Bu mövzuda Rusiya ilə Qərb arasında böyük bir rəqabət var. Bu rəqabətin hazırda 2 tərəfi var – Zəngəzur dəhlizi, ruslardan geri qalan ərazilər. Zəngəzur dəhlizi üzərində böyük bir geosiyasi mübarizə gedir. Çünki bu, Asiyanın gələcəyini də müəyyənləşdirəcək son dərəcə önəmli bir dəhlizdir. Hər kəsdə Zəngəzur mövzusunun kimin rəhbərliyi ilə çözüləcəyinə dair sual var. Bu, bizim görməli olduğumuz ən vacib məsələdir. Azərbaycan bu məsələni müstəqil şəkildə həll edəcək, yoxsa bizi proksi güc kimi istifadə edəcəklər və ya işbirliyi yaradılacaq - suallar çoxdur. Məqsədimiz "artsax"ın tarixə qovuşmasıdır. Çünki ora bizim torpağımızdır. Xocalı, Xocavənd, Xankəndi Azərbaycana qayıtmalıdır. Amma bunun asan siyasi mücadilə olmadığını görməyimiz lazımdır. İstənilən halda Azərbaycanın siyasi, diplomatik, beynəlxalq hüquq və hərbi baxımdan üstünlüyü özünü göstərir".

Musavat.com   



Oxşar Xəbərlər

Xəbər lenti