Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.
Sozcu.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.
“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.
Qəzanın səbəbləri araşdırılır.
APA