Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Formuna ev sahibliyi edən, dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq əməkdaşlıq platformasına çevrilmişdir.Dünya klassik ədəbiyyatının dahi azərbaycanlı nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmiş mərkəzin fəaliyyətinin əsas məqsədi sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olmasına töhfə verən tədbir və fəaliyyətlərə ev sahibliyi etməkdir.Forum iştirakçılarını Bakıda salamlayan Prezident İlham Əliyev əvvəlcə Qlobal Bakı Formunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm naliyyətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə, liderlik keyfiyyətləri və Mərkəzin inkişafına töhfələrinə görə həmsədrlərə öz minnətdarlığını bildirdi. Bakı Qlobal Formunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğunluğu və nəticədə müzakirələrin səviyyəsinin də kifayət qədər yüksək olacağı, Formun proqramının genişliyi və özündə aktual məsələləri ehtiva etməsi Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi.Eyni zamanda Beynəlxalq Mərkəzin adını daşıdığı dahi Nizami Gəncəvinin Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə dünyaya göz açıb,yaşayıb,orada vəfat edib və dəfn olunmasını vurğulayan Prezident Azərbaycan xalqının Nizami irsinin sahibi olmasını bir daha qeyd etdi.Prezident İlham Əliyev panellərdən birinin multilateralizmə həsr olunmasından məmnunluğunu bildirərək, müzakirə ediləcək mövzularla bağlı öz fikirlərini bölüşmüşdür.Beynəlxalq iqtisadi və siyasi münasibətlərdə çoxtərəfliliyə Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan uzun illərdir ki, öz töhfələrini verir. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır.Prezidentin nitqində bu təşkilatla bağlı fəaliyyətlər xüsusi yer tutur.“Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, əgər belə demək olarsa, canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik.” İlham Əliyev.Eyni zamanda, Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkələrinin yaradılması təşkilatın institusional inkişafını təmin etmişdir.Dünyanın keçdiyi ağır pandemiya dövründə də Azərbaycan hökuməti dünyəvi fəaliyyət göstərdi.“Biz COVİD-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Bununla yanaşı,biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 mln ABŞ dolları həcmində birbaşa ianə etdik,” İlham Əliyev.Prezident İlham Əliyev nitqində müasir qarşıdurmaların yaşandığı gərgin dövrdə də Qoşulmama Hərəkatının formalaşmasının təməlini təşkil edən Bandunq Prinsiplərinin təmin edilməsinə diqqət çəkərək: ”Həmin prinsiplər — sülh, əməkdaşlıq,ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.”Prezident münaqişələrin həll edilməsi ilə bağlı öz geniş təcrübəsini iştirakçılarla bölüşmüşdür.Münaqişələrin həlli iki cür olur – dinc yolla, qeyri-dinc yolla. Ölkə başçısı kimi İlham Əliyev Qafqaz regionunda münaqişənin həll edilməsi yolunda hər iki siyasi xətti uğurla icra etmişdir.Münaqişənin dinc yolla həll edilməsi dövründə azərbaycanlılara qarşı soyqırımı və etniktəmizləmə siyasəti aparılmış, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmiş, bu isə ölkədə humanitar fəlakətə səbəb olmuşdur. Dinc yolla həll BMT-nın Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icrası ola bilərdi. Ancaq uzun müddətli danışıqlar, məhəl qoyulmayan çağırışlar Ermənistan rəhbərliyinin beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətə hörmətsizliyini göstərdi. Azərbaycan danışıqlar prosesinin heç bir mərhələsində müharibə yolunu istisna etməmişdir və öz legitim hüququndan istifadə edərək, Ali Baş Komandanın iradəsi ilə güc tətbiq edərək, ordumuz torpaqlarımızı azad etmişdir.Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Şuşaya, Füzuliyə səfərini və dağıntıların miqyas və səviyyəsini gördüklərini qeyd edən Prezident bildirir: ”Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram.Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.”Sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında,müharibə bitəndən dərhal sonra Azərbaycan tərəfindən sülh danışıqlarına başlanılması üçün təşəbbüs irəli sürülmüşdür. Sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsip qarşı tərəfə təqdim edilmişdir. Hansı ki bu prinsiplər beynəlxalq hüququn qəbul edilmiş prinsipləridir.“Beləliklə,hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb.” İlham Əliyev.Beynəlxalq arenada asılı, müstəmləkə dövlət kimi görünən Ermənistandan fərqli olaraq, biz öz müstəqil iradəmizlə sülh istəyirik.“Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.” İlham Əliyev.Azərbaycan əsrlərdən bəri dini və etnik tolerantlığın hökm sürdüyü, çoxmillətli ölkədir. Azərbaycanda etnik azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.Dövlət tərəfindən həyata keçirilən multikultiraliz siyasəti azərbaycan xalqının sarsılmaz birliyində öz əksini tapır.Təsadüfi deyil ki, Azərbaycan multikultiralizmi dünyanın məşhur universitetləri tərəfindən öyrənilir.“Mən əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq.” İlham Əliyev.Digər bir panel müzakirə məsələsi enerji daşınmaları ilə bağlı idi. Prezident İlham Əliyevin məlumat verdiyi kimi, keçən ilin iyunundan bu sahədə xeyli hadisələr baş vermişdir. Azərbaycan və Avropa Komissiyası Enerji sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb.2021-ci ildə ümumən 19 mlrd kubmetr qaz ixrac edilmişdisə, bu il 24 mlrd kubmetrdən artıq olacaq və ən az yarısı Avropaya nəql ediləcək.Hazırki geosiyasi vəziyyətdə Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Biz hər zaman etibarlı tərəfdaş olmuşuq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara yardım etməkdə davam edəcək.“Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik TANAP-ı 16-dan 32 mlrd kubmetrə, TAP-ı isə 10-dan 20 mlrd kubmetrə. Bu sırf Avropadan artan tələbatla bağlıdır.” İlham Əliyev.Azərbaycan alternativ enerji mənbələrinin yaradılmasına da öz töhfəsini verir. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi Azərbaycan,Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar.“Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.” İlham Əliyev.Bu dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Tükənən enerji mənbələrini tükənməz mənbələr əvəz edir və bu keçid olduqca sürətli gedir.Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit potensialı haqqında da geniş məlumat verdi.Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bu regionda sabitliyin təmin olunması ilə bağlıdır.“Bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir.” İlham Əliyev.X Qlobal Bakı Formu və gündəlikdə duran məsələlər Azərbaycanın təkcə regionda yox, bütün dünyada dəstəklənən humanist ideyaları və sülh siyasətindən xəbər verir.Şəlalə Əsgərova
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info