8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinin rəhbərinin müavini Fariz Rzayev Banqladeşdə səfərdə olub və bu ölkənin xarici işlər naziri AH Mahmud Əli ilə görüşüb. Sozcu.info Banqladeş rəsmi mənbələrinə istinadən xəbər verir ki, görüş ötən bazar günü fevralın 25-də baş tutub. Fariz Rzayev Azərbaycanın Expo-2015 ümumünya sərgisinə ev sahibliyi etməsi təşəbbüsünə Banqladeşin dəstəyini xahiş edib, habelə ikitərəfli münasibətlər barədə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Banqladeş Ümumdünya sərgisini təşkil edən beynəlxalq sərgilər Bürosuna (BİE) üzv olan 170 ölkədən biridir. Bu sərgi hər beş ildən bir keçirilir. Azərbaycanla yanaşı Yaponiya, Rusiya və Fransa da Expo-2025 sərgisinə ev sahibliyi etmək üçün mübarizə aparır. Bildirilir ki, bundan əvvəl Fransa öz xüsusi nümayəndəsi Paskal Lamini Banqladeşin dəstəyini xahiş etmək üçün bu ölkəyə göndərib.