Gürcüstan hökuməti Rusiya ilə danışıqlara başlamağa hazırdır

 

"Gürcüstan hökuməti Rusiya ilə danışıqlara başlamağa hazırdır". Bu fikir ölkənin baş naziri Giorgi Kvirkaşvili adından Gürcüstan hökumətinin yaydığı bəyanatda əksini tapıb.

 

Sənəddə bildirilir ki, baş nazir Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyə hazırdır: "2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan ilə Rusiya arasında diplomatik münasibətlər dayandırılıb. Təəssüf ki, biz bu gün çox ağır reallıqlarla qarşılaşırıq. Biz Rusiya ilə ikitərəfli iqtisadi-ticarət əlaqələr qurmuşuq, amma faciəli hadisələr davam edir. Mən Rusiya Federasiyasının rəhbərliyinə müraciət edərək, indiki və gələcək nəsillərin dostluğu üçün qarşılıqlı addımlar atmağa çağırıram”.

G.Kvirkaşvili münasibətlərin normallaşması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı abxaz və osetinlərlə də danışıqlara hazır olduqlarını bildirib. (Report)



Oxşar Xəbərlər

Xəbər lenti