İkincilik uğrunda mübarizə


İkincilik uğrunda mübarizə

 

Prezidentliyə iddialıların əksəriyyəti dövlət başçısı vəzifəsinə hazır deyil

 

Mərkəzi Seçki Komissiyası daha 3 nəfərin namizədliyini qeydə aldı və beləliklə də 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində işirak edəcək namizədlərin sayı səkkizə çatdı. Ancaq bu say arta da bilər. Belə ki, AĞ Partiya  artıq 42 900 imzanı MSK-ya təqdim etməsi ilə bağlı məlumat yayıb.

Əgər AĞ Partiyanın da namizədi qeydə alınsa, prezident seçkisində səkkiz nəfər iştirak edəcək. Ancaq ekspertlər hesab edirlər ki, namizədlərin sayı 10-dan çox olsa belə, bu namizədliyi qeydə alınan şəxslərin prezident İlham Əliyevə gercək rəqib olan olmayacaq. Hər kəsə məlumdur ki, 11 aprel seçkilərinin qalibi İlham Əliyev olacaq. Həmdə söhbət yalnız qələbədən də getmir. Ekspertlər hesab edir ki, İlham Əliyev seçkidə iştirak edənlərin təxminən 90 fazininin səsini alacaq. Çünki, əksər namizədləri cəmiyyət yaxşı tanımır. Məsələn, "AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevi, Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadəni, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyevi cəmiyyətin bütün dairələri tanımır. Bu namizədlərin bəzilərinin üçüncü dəfə prezident seçkisində iştirak etməsi də vəziyyəti dəyişmir.

Bütün bunlar onu deməyə əsas verir ki, namizədlərin sayından asılı olmayaraq İlham Əliyev istisna olmaqla onların heç biri prezidentliyə real namizədlər deyillər. Hətta onların böyük əksəriyyəti dövlət başçısı vəzifəsini icra etməyə qadir deyillər.

Belə görünür ki, İlham Əliyevə rəqib ola bilməyən bu namizədlər ikinci yer uğrunda mübarizə aparacaqlar. Bu seçkilər təxminən 10 il əvvəl, 2008-ci ildə keçirilən seçkiləri xatırladır. Həmin zaman da müxalifətin əsas hissəsi seçkidə iştirak etməmişdi və hər kəs bilirdi ki, seçkidə iştirak edənlər ikincilik uğrunda mübarizə aparırlar. İndi də vəziyyət təxminən eynidir. O zaman İlham Əliyev seçkidə iştirak edənlərin 88.73 faizinin səsini alaraq prezident seçkilərinin qalibi olmuşdu. İkinci ən çox səsi isə o zaman İqbal Ağazadə qazanmışdı. Ümid Partiyasının sədri seçkidə iştirak edənlərin cəmi 2.86 faizinin dəstəyini qazana bilmişdi. İndi də statistikanın fərqli olacağı gözlənilmir. İlham Əliyev seçkidə iştirak edən seçicilərin ən azı 85 faizinin dəstəyini qazanacaq. Ancaq onun alternativlərindən heç biri 5 faizdən çox səs qazana bilməyəcək. Bizim ehtimalımızca ikinci ən çox seçici dəstəyini deputat Zahid Oruc qazanacaq. Parlamentin ən fəal deputatlarından olan Zahid Oruc məntiqli çıxışları ilə də diqqəti cəlb edir. Deputat Qüdrət Həsənquliyev üçüncü ola bilər. Digər bir deputat, Araz Əlizadə dördüncü, onun deputat həmkarı Fərəc Quliyev beşinci ola bilər.

Ekspertlər hesab edir ki, bu seçkilərdə ikinci olan şəxsin növbəti parlament seçkilərində ən çox deputatla təmsil olunmaq imkanı olacaq. Doğrudur, deputat Zahid Oruc digər namizədlərdən fərqli olaraq partiya sədri deyil. Ancaq onun məhz prezident seçkilərindən sonra özünün partiyasını yaradacağı gözlənilir. Bu partiyanın iqtidarın müttəfiqi kimi çıxış edəcəyi gözlənilsə də, müyyən qədər müxalifətçilik etmək imkanları da olacaq. Bu partiyanın Rusiyadakı "Ədalətli Rusiya” Partiyası kimi statusa malik olacağı gözlənilir. Çünki, hakimiyyət də zamanın dəyişdiyini cəmiyyətdə faktiki təkpartiyalılığın artıq zərər verməyə başladığının fərqindədirlər. İnsanlara dövlət başçısına qarşı olmasa da, deputatlara opponentlik etmək imkanı verilməlidir.

Bunu isə Zahid Orucdan yaxşı kimsə edə bilməz. Onun Milli Məclisinin sədri ilə mübahisələri də olub. İndi hakimiyyətə məhz belə bir qüvvə lazımdır. Həmin qüvvə isə prezident seçkilərinin nəticələrinə uyğun yarana bilər. Buna görə namizədlərin böyük əksəriyyəti ikincilik uğrunda mübarizə aparacaqlar. Onların hər biri parlamentdə bir neçə deputatla təmsil olunmaq hüququnu əldə etməyə çalışacaqlar. Ona görə indi diqqətlər 11 aprel seçkisində kimin qalib olacağına deyil, kimin ikinci olacağına yönəlib. 

 

ARZUMAN LOGMANOGLU,

"Yeni Sözçü" qəzeti.



Oxşar Xəbərlər

Xəbər lenti