Seçimimiz İlham Əliyevdi, təkliflərimizi ona çatdırın- Şirvanlılar


 

Seçimimiz İlham Əliyevdi,  təkliflərimizi ona çatdırın- Şirvanlılar

 

 

Prezident seçkilərinin ölkəmizdə keçirilən bütün tədbirlərdən və seçkilərdən daha önəmli olduğunu və ölkəmizin tarixində gələcək dönüş məqamının başlanğıcı ola biləcəyini nəzərə alan Müstəqil Ekspert Qrupumuz Bakı şəhərinin Yasamal, Binəqədi, Səbail, Nəsimi, Nərimanov rayonlarında və Şirvan şəhərinin ümumilikdə 100-ə yaxın seçki məntəqələrində seçki öncəsi prosesin səviyyəsini izlədi, monitorinqlər apardı.  

 

Müşahidələrimiz göstərdi ki, bütün məntəqələrin seçki gününə hazırlığı qənaətbəxşdir. Məntəqələrin hamısında seçici siyahıları hazırdır, seçki kabinalarının əksəriyyəti quraşdırılıb, bildirişlər yazılmaqdadır.

Seçki məntəqələrinin əksəriyyətində müşahidəçilər müəyyənləşdirilib,  internet vasitəsilə seçkilərin dünyanın istənilən nöqtəsindən izlənməsinə imkan verən kameralar quraşdırılıb.

 

Mən ozüm 2000-ci ildə həcmi 15 səhifə olan Şirvan şəhərinin regional prqramını yazmışdım. O zaman bu proqram mənim deputalığa namizədlik proqramım idi. Proqramım hamının xoşuna gəlirdi. Alqışlarla qarşılanırdı. Bu proqrama görə Şirvan şəhəri azad iqtisadi zona elan olunmalıydı. Ələtdə müasir liman tikilməliydi. Qeyd etməliyəm ki, indi bu liman tikilir. 

Ona görə də Şirvan şəhərində seçkiöncəsi prosesin müşahidələrindən əlavə ölkəmiz üçün əhəmiyyətli bir sorğu da apardıq.

Sualımız belə idi: Şirvan şəhərinin iqtisadiyyatını yüksəltmək və yeni iş yerləri yaratmaq üçün nə təklif edirsiniz?  Sualımıza maraqlı və həyati əhəmiyyətli cavablar verildi:

1. Şirvan Azərbaycanın güclü sənaye şəhərlərindən biri olub. Sovet dönəmindəki zavodları əvvəlki vəziyyətinə qaytarmaq lazımdır.

2. Şirvan şəhərində trikotaj sənayesi yaratmaq lazımdır.

3. Şirvan şəhərində elə trikotaj sənayesi yaratmaq olar ki, onun illik büdcəsi yarım milyard manata yaxın olar.

4. Xaricdən təkər istehsalını dayandırmaq və Şirvanda şin zavodu yaratmaq lazımdır.

5. Xaricdəki müasir təkər istehsalı zavodlarından birini alıb, Şirvanda quraşdırmaq lazımdır.

6. Azərbaycanda işlədilən, satın alınan təkərlərin hamısı xaricdən idxal olunduğundan bütün Azərbaycan xalqı Şirvanda istehsal olunan təkərlərin alıcısı olacaq. 

7. Şirvan şəhərinin mərkəzindən keçən dəmir yolunu sökmək -ləğv etmək lazımdır.

8. Şirvan şəhərinin Hacıqabul tərəfində, şəhidlər xiyabanının yaxınlığında yeni bir yaşayış məhəlləsi salınıb. Orada yaşayanlar uşaqlarını məktəbə gətirmək üçün 8-10 km məsafə qət etməlidilər. Həmən məhəllədə bir məktəb binasının tikilməsinə ehtiyac var.

9. İstəyirik ki, Şirvanda bir universitet, yaxud universitetin filialı açılsın. Şirvandan başqa bütün şəhərlərimizdə universitetlər, yaxud da onların filialları var.

10.Hamımız İlham Əliyevə səs verəcəyik. Xahiş edirik təkliflərimizi İlham Əliyevə çatdırasınız! 

 

 

Prof.Dr. Qüdrət İsaqov,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

Müstəqil Ekspert Qrupunun rəhbəri,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd



Oxşar Xəbərlər

Xəbər lenti