8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan mediasında şərti olaraq "söyüş kompaniyası” adını alan, prezident İlham Əliyevə, onun ailəsinə və yüksək vəzifəli şəxslərə, eləcə də onların ailə üzvülərinə qarşı aparılan təhqir kompaniyasının mahiyyətinin üzə çıxarılaraq ifşa edilməsi istiqamətində Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məntiqli işlər görürür. Prezident köməkçisi bu kompaniyanın milli dəyərlərimizə zidd olduğu kimi, kompaniya iştirakçılarının sığındığı Avropa ölkələrinin istinad etdiyi dəyərlərə zidd olduğunu bildirir.
Burada bir məqamı qeyd etmək istərdik ki, "söyüş kompaniyası”nın əsas mərkəzi olan Almaniya Federativ Respublikasının Konstitusiyasının ilk maddəsi insan ləyaqətinin toxunulmaz olması haqqındadır. Almaniyanın əsas qanunun birinci maddəsi həm də insan ləyaqətinə hörmət etməyi və onu qorumağı dövlət hakimiyyətinin bütün təmsilçilərinin vəzifəsi elan edir. Prezident köməkçisinin fəaliyyətinin əsası da məhz bu məntiq üzrə qurulub ki, insan ləyaqəti toxunlmazdır və onu qorumaq dövlət hakimiyyətinin təmsilçilərinin vəzifəsidir.
Prezident köməkçisinin bu kompaniyaya qarşı mübarizəsi sözlə, cəmiyyətin ziyalı kəsimin iştirakı ilə aparıldığı üçün cəmiyyətdə geniş əks-səda doğurub. Bu, son illər müşahidə etdiyimiz fərqli mübarizə üsulu idi. Əslində, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə belə mübarizə vasitəsinə çox nümunələr tapmaq olar. Böyük dövlət xadimi və təcrübəli siyasətçi olan Ulu öndər münaqişə və silahlı qiyamları belə "yumşaq güc”, ziyalı sözü vasitəsilə zərərsizləşdirməyə üstünlük verirdi. Bu, bir yandan münaqişənin miqyasının böyüməsinin qarşıısnı alırdısa, digər tərəfdən effektli mübarizə aparmaq imkanı verirdi. 1993, 1994 və 1995-ci illərdə baş verən münaqişə, qiyam və dövlət çevrilişinə cəhdlər zamanı mərhum prezident ilk öncə "yumşaq güc”dən istifadə etməklə münaqişənin böyüməsinin qarşısını almağa üstünlük verməklə uzaqgörən dövlət xadimi olduğunu bütün dünyada bir daha təsdiqləmişdi.İndi prezidentin köməkçisi Əli Həsənov məhz dahi siyasətçinin yolu ilə gedərək "söyüş kompaniyası”na qarşı yumşaq gücdən istifadə etməklə onun lokallaşmasına nail oldu.
Ancaq təəssüflə dövlət orqanlarının bu istqiamətdə əlaqləndirilmiş fəaliyyətini görmək mümkün olmadı. Bəzi şəxslərin, xüsusilə deputat Adil Əliyevin fəaliyyəti prezident köməkçisinin uğurlu siyasətinin üzərinə kölgə saldı. Belə görünür ki, bir çox rəsmi şəxslər və məmurlar dünyada baş verən proseslərin hansı istiqamətdə getməsi haqqında heç bir anlayışa malik deyillər. Bu şəxslər anlamırlar ki, bu gün Avropada məskunlaşmış həmin "söyüş kompaniyası”nın təmsilçilərinin birinin başına bir iş gəlsə bundan, ancaq Azərbaycan hakimiyyəti zərər çəkəcək. Artıq deputat Adil Əliyevin martın 31-də Almaniyanın Köln şəhərindəki "tədbiri” mənfi təsirini göstərməkdədir. Halbuki, həmin addımlara heç bir ehtiyac yox idi. Yaşadığımız zaman kəsmi informasiya əsri olduğu üçün heç nəyi gizlətmək mümkün olmur. Deputat Adil Əliyev bu addımı ilə "söyüş kompaniyası”nın iştirakçılarına hakimiyyətə qarşı tənqidlərini gücləndirmək üçün güclü arqument verib. Halbuki, prezidentin köməkçisi Əli Həsənov çox uğurlu taktika müəyyən etmiş və bu taktika artıq öz bəhrəsini verməkdə idi.
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəzi mühacir həmvətənlilərimizin iştirak etdiyi "söyüş kompaniyası”na qarşı müəyyən etdiyi uğurlu taktikasının müsbət nəticələrinin üzərinə kölgə salan çıxışlardan birini də Azərbaycan Milli Elmlər Akademiyası, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov jurnalisti təhqir etməklə etdi.
Bundan başqa bəzi məmur və deputatların sosial şəbəkələrin bağlanması ilə əlaqədar çıxışları da prezident köməkçisi Əli Həsənovun müəyyən etdiyi uğurlu taktikanın üstünə kölgə salır. Sosial şəbəkələrin bağlamasının faktiki olaraq mümkün olmadığı, dövlət başçısının rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı fərmanın həm də sosial şəbəkələrin inkişafını nəzərdə tutduğunu anlamayanlar bütünlükdə dövlətin siyasətinə zərər vururlar. 25 il əvvəl siyasi proseslərin önündə olmaları ilə iqtidara müəyyən xidmətləri keçənlər ötən 25 il ərzində dünyanın güclü şəkildə dəyişdiyinin fərqində deyillər. Buna görə də onların fəaliyyəti artıq bütövlükdə dövlətin saisyətinə zərər verir.
Son olaraq "söyüş kompaniyası”na da münasibət bildirmək istəyirəm. Hesab edirəm ki, insan ləyaqəti toxunulmaz olduğu üçün bu kimi kompaniyalar qəbul edilməzdir və hər kəs tərfindən rədd edilməlidir. İnsan ləyaqətinin müdafiəsinə hər birimiz özümüzün ləyaqətinin müdafiəsi kimi baxmalıyıq. Digər tərəfdən dövlət başçısına, onun ailə üzvülərinə qarşı aparılan bu kimi kompaniyalar düşmənlərimiz tərəfindən də bizə qarşı istifadə olunur.
Hakimiyyətin siyasətini bəyənmək və ya ona müxalif olmaq hər kəsin şəxsi seçimidir və bu məsələdəkiməsə irad tutmaq niyyətində deyilik. Ancaq kimsə artıq iqtidar-müxalifət münasibətlərinin sərhədini keçərək, bunu təhqir müstəvisinə keçirirsə, bu, artıq Azərbaycanın milli maraqlarına zərbə vurmaq kimi qiymətləndirilməlidir. Burada Ulu öndər Heydər Əliyevin bir zamanlar müxalifətçiliyi dövlət institutlarına qarşı düşmənçiliklə qarşıdıranlara münasibətdə söylədiyi bir fikiri qeyd etmək istərdim. Mərhum prezident Heydər Əliyev belələrinə üzünü tutaraq demişdi: "Mənə qarşı müxalifətçilik edin, amma dövlətə, dövlət instutlarına və onu təmsil edənlərə qarşı düşmənçilik etməyin”. Bir daha hər kəsi ölkəmiz və dövlətimiz üçün zərər verəcək əməllərdən çəkinməyə, belə kompaniyalara qarşı çıxış etməyə çağırırıq.
Arzuman Loğmanoğlu,
"Yeni sözçü qazeti”