SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ -
FOTO
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”-
Qətlə yetirilən gəlinin qaynanası
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda təsərrüfat sahələri ilə bağlı mühüm açıqlama
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi
Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər
Bu imtahanların tarixləri açıqlandı
Birgünlük geomaqnit qasırğası olacaq
Konqres İran danışıqlarının detallarını tələb edir
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - Şok faktlar
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi.
Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini vurğulaması media olaraq diqqətimizdən yayınmadı. F. Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist
ARAŞDIRMASI
nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 12 heyvan ölmüş, 25-i isə yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı dövlətin rəsmi agentliyi olan
AzərTac
-a da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin dövlətə olan 412,589 manat borcu silinmişdir.
Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu "cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin" hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara başlamaq istədiyimiz zaman isə saytımıza Fuad Əyyubzadə ilə bağlı şokedici məlumatlar daxil oldu.
Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin "baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid Abdullayevin oğlu İlqar Həbibullayev yazır:
Şirvan Apellyasiya Məhkəməsinin hakimi saxta maliyyə əməliyyatlarında
"Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə həyat yoldaşı Həbibullayeva (Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra onun xəstəliyindən istifadə edərək
Şirvan Apellyasiya Məhkəməsində
hakim vəzifəsində işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə «Azekspert» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus olan «Magistral-Ekspress» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər.
Reyhan (Novruzova) Həbibullayeva
Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları həyata kecirmək üçün faliyyəti bərpa olunmus «Həkəri» Kiçik Müəssisəsindən (hal-hazırki adı «Modern Mexaniki Quraşdırma» MMC) guya nağd pulun daxil olması barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri yazılmışdır.
Ələsgər Novruzov
Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin olmadığını və hakim Ələsgər Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində «Magistral-Ekspress» ASC-yə qarşı saxta məzmunlu iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri götürmüşlər.
Niyyətləri puça çıxan hakim və vəkillər istintaq qarşısında
Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir.
Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa müraciət edərək araşdırılmasını xahiş etmişəm.
Fuad Əyyubzadə iki "rol"da
Bir.
«Həkəri» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda istintaq orqanı hansısa səbəbdən Fuad Əyyubzadə adlı şəxsi KM-nin faktiki rəhbəri kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən isə həm də görünür ki, Fuad Əyyubzadə adlı şəxs isə eyni dövrdə «Magistral eksperess» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki müəssisənin maraqlarını necə müdafiə edə bilərdi?
Fuad Əyyubzadə
Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və müəyyən başqa niyyətlə edilmişdir.
"Həkəri" KM 18 min manatı niyə unutdu?
İki.
Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, «Həkəri» KM «Magistral eksperess» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə «Həkəri» KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir?
«Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında bağlanmış "müqavilə" hanı?
Üç.
Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya «Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur. Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir. Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında «Həkəri» KM-nin rəhbəri kimi qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması, olmuşsa surəti tələb olunmalıdır.
Layihəsi olmayan "tikintiyə" «Həkəri KM» 268.000 manat ödəyib?
Dörd.
Sözügedən müqavilə üzrə guya sifarişçi «Həkəri» KM «Magistral-ekspress» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə sifariş verilmiş «tikintinin» layihə s. kimi hallar ümumiyyətlə heç kimə məlum deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş «Həkəri» KM həmin məbləğin bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı halda «gözünü yumaraq» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir. Maraqlıdır, «Həkəri KM»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?..
Beş.
Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir.
Altı.
Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin «Həkəri» KM-nin kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir.
Növbəti sayımızda yuxarıda qeyd olunan suallara cavab olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyik.
Xüsusi qeyd: Xatırladaq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
Oxşar Xəbərlər
Prezidentə yalan danışan sahibkarla bağlı yeni ŞOK FAKTLAR
İlham Əliyev ölkənin bütün biznes elitasını bir yerə yığdı
Prezidentin sərt çıxışı korrupsionerləri vahiməyə saldı
Aprel döyüşlərində 300 erməni ölüb, 700 nəfər yaralanıb - Rəsmi
Xəbər lenti
SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ -
FOTO
Kimin evində varsa ŞAD XƏBƏR -
QİYMƏT ARTDI
Pensiya ilə bağlı kritik xəbər -
Bu tarixi qaçıranlar MİNLƏRLƏ PUL itirəcək
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”-
Qətlə yetirilən gəlinin qaynanası
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda təsərrüfat sahələri ilə bağlı mühüm açıqlama
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi
Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər
Bu imtahanların tarixləri açıqlandı
Birgünlük geomaqnit qasırğası olacaq
Övladlığa götürdükləri 12 yaşlı qız, əslində, GÖRÜN KİM İMİŞ -
ŞOK FOTOLAR
Konqres İran danışıqlarının detallarını tələb edir
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Kimin evində varsa ŞAD XƏBƏR -
QİYMƏT ARTDI
Pensiya ilə bağlı kritik xəbər -
Bu tarixi qaçıranlar MİNLƏRLƏ PUL itirəcək
Övladlığa götürdükləri 12 yaşlı qız, əslində, GÖRÜN KİM İMİŞ -
ŞOK FOTOLAR
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT