Prezidentin sərt çıxışı korrupsionerləri vahiməyə saldı

Prezidentin sərt çıxışı korrupsionerləri vahiməyə saldı

 


Proses icra başçılarından başlaya bilər

Yeni ilin ilk ayında ən yüksək səviyyədə, prezident İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən səsləndirilən fikirlər bu ilin hansı proseslərlə zəngin olacağını müəyyən etməyə imkan verir. İlk öncə onu qeyd edək ki, prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı yenidən məmur-vətəndaş münasibətlərinə toxunaraq məmururların xalqın xidmətçisi olduğunu və buna görə vətəndaşa xidmət göstərməli olduqlarını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, məmurlar yekəxanalıq etməməli, hansısa qanunsuz tələb irəli sürməməli, özünü təvazökar aparmalı, özü də, ailə üzvləri də, nümunə olmalıdırlar. Prezident məmurları bir daha rüşvətxorluqla və soyğunçuluqla məşğul olmamağa çağırıblar.

Prezidentin bu fikirlərinin daha sərt şəkildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən səsləndirilməsi dövlət başçısının açıqlamasının artıq müəyyən bir siyasətin başlandığını təsdiqəyir. Qeyd edək ki, dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakı ilə keçirdiyi müşavirədə sərt xəbərdarlıq edib və onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Mediada yayılan məlumata görə, Prezident Adminstrasiyasının rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib. İddialar görə, müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların başçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Medianın məlumatına görə, Prezident Admnstrasiyasının rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

Bütün bunlar bir daha təsdiq edir ki, artıq ölkədə yeni bir mərhələ başlayır və bu mərhələ korrupsioner məmurların həbsi ilə diqqətləri cəlb edəcək. Bu istiqamətdə aldığımız bir məlumatda qeyd edilir ki, dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakı ilə keçirdiyi müşavirədən sonra bəzi məmurlar könüllü istefa haqqına düşünməyə başlayıblar. Onlar korrupsiyaya qarşı mübarizə kompaniyasının qurbanı olmaqdansa, könüllü istefaya getməyə üstünlükü verirlər. Məlumata görə, könüllü istefaya getmək istəyənlər arasında icra başçıları, nazir və komitə sədrləri də var. İddia olunur ki, iki nazir və üç komitə sədri səfir göndərilmələri üçün müyyən şəxslərə xahişlər ediblər. Onların biri, hətta səhhətinə görə Çexiyaya səfir göndəriləmsini xahiş edib. Digərləri isə uzaq ölkələr və keçmiş sovet respublikalarının birinə səfir göndərilmələrinə də razı olduqlarını ifadə ediblər. Çox güman ki, yaxın zamanlarda komitə sədrlərinin birinin Latın Amerikası ölkələrindən birinə səfir təyin edilməsi haqqında prezident sərəncamı imazalanacaq. Həmin komitə sədrinin kimliyi "Yeni Sözçü” qəzetinin redaksiyasına məlum olsa da, hələlik açıqlamağı doğru hesab etmirik.

Hələlik isə prezident İlham Əliyev və Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin məmurların korrupsiyaya son qoymaq haqqında çağrışına məmurların dərhal əməl etməsini təsdqiləyən məlumatlar yoxdur. Doğrudur, nazir və komitə sədrləri də eyni ruhda çıxışlar edir və hətta müəyyən addımlar atırlar. Ancaq reallıq tamamilə fərqlidir. Bu gün regonlarda rüşvət vermədən istehsal, iaşə, xidmət və ticarət üçün sahə əldə etmək mümkün deyil. Paytaxtdan başlamış ən ucqar kəndə, hətta cəbhəyanı kəndlərə kimi vermədən istehsal, iaşə, xidmət və ticarət üçün sahə əldə etmək üçün hökmən rüşvət verilməlidir. Bu isə kiçik və orta biznesin formalaşmasına ən böyük əngəl hesab olunur. Ona görə də ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizənin hədəfi ilk növbədə yerli məmurlar olmalı, kiçik və orta biznesin formalaşmasna mane olan şəxslər cəzalandırılmalıdır.

Əldə etdiyimiz məlumatlara görə bu il məhz bu istqiamətdə ciddi addımlar atılacaq. İddialara görə, bu il korrupsiya ilə bağlı bir neçə icra başçısı həbs oluna bilər. Həbs təhlükəsi qarşısında olan icra başçılarının təxmini siyahısı da məlumdur. Ancaq indi onların adlarını açıqlamağa kifayət qədər əsasımız da yoxdur. Ancaq bu istqiamətdə araşdırmalrımız davam edir və yaxın saylarımızın birində oxucularımıza təqdim edəcəyik.

A.Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti