KXCP-də sədrliyə yeni namizəd qadın oldu

KXCP-də sədrliyə yeni namizəd qadın oldu

 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək.

Maraqlıdır, qurultay harda keçiriləcək? Sədrliyə kimlər namizədliyini irəli sürüb?

Bununla bağlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu Modern.azsaytına açıqlama verib. O bildirib ki, hazırda partiyanın rayon şöbələrində qurultaya hazırlıq üzrə təşkilat komitələrinin iclasları keçirilir:

"Bu baxımdan hələ ki qurultaya müəyyən müddət var. Bildiyiniz kimi Oqtay Gülalıyev KXCP sədrliyinə namizədliyini elan etmişdi. Ondan əlavə KXCP "İzmir" Rayon Şöbəsi (Yasamal) Nisəxanım Vəliyevanın da KXCP sədrliyinə namizədliyini irəli sürüb. Biz demokratik təşkilatıq və hər bir üzvümüzün belə bir iddia ortaya qoymasını normal qəbul edirik. Partiyamızın rayonlarda böyük şöbələri var. Heç olmasa rayon şöbələrinin 90 faizində konfranslar yekunlaşmalıdır ki, Ali Məclis çağırılsın və qurultayın günü, yeri müəyyənləşdirilsin”.

X.Teyyublu qeyd edib ki, qurultay yeri ilə bağlı iqtidara müraciət ediləcək: "Çalışacağıq ki, Bakı şəhərinin birinci mərkəzində yaxşı zalların birində bizə qurultay üçün yer verilsin. Həmişə bu cür tədbirləri Hüseyn Sarabski adına Mədəniyyət Evi, "Şəhriyar” klubu, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirmişik. Yəqin ki, bu yerlərdən biri üçün Bakı Şəhər Meriyasına müracitəmiz olacaq, hara məsləhət görüləcəksə, qurultay da orda keçiriləcək. Adətən qurultay nümayəndələrimizin sayı çox olur. Buna müvafiq qərar verəcəyik”.

Qeyd edək ki, KXCP-nin hazırki sədri Mirmahmud Mirəlioğlunun namizəd olub-olmayacağı bilinmədiyi üçün təşkilat sədrliyinə hələ ki iki namizəd var.


 



Oxşar Xəbərlər

Xəbər lenti