8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səudiyyə Ərəbistanı onun daxili işlərinə qarışdığını əsas gətirərək Kanada ilə ticarət, iqtisadiyyat və diplomatik əlaqələri dayandırıb.
Bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi özünün Tvitter hesabında açıqlama yayıb.
Qeyd edilib ki, Ər-Riyad ölkədəki Kanada səfirini deportasiya edib, eləcə də Kanadadakı səfirini geri çağırıb.
Ər-Riyadın belə ciddi addım atmasına səbəb Səudiyyədə bəzi hüquq müdafiəçilərinin saxlanılması faktının Kanada tərəfindən narahatlıqla qarşılanmasına dair açıqlaması olub.
Səudiyyə Ərəbistanında saxlanılan şəxslərdən biri də ABŞ və Səudiyyə vətəndaşlığını daşıyan Samar Bədavidir. Bədavi Səudiyyə Ərəbistanında kişi qəyyumluq sisteminə son verilməsi haqda çağırışlar edib.
Səudiyyə Xarici İşlər Nazirliyi açıqlamasında "hər hansı bir şəkildə ölkənin daxili işlərinə müdaxilənin qəbul edilməyəcəyi” bildirib.
Açıqlamada Kanada Xarici İşlər Nazirliyinin ötən həftə vətəndaş cəmiyyəti və qadın hüquqları müdafiəçilərinin "dərhal azadlığa buraxılması”çağırışının nəzərə alınmayacağı vurğulanıb. Bu yanaşma Səudiyyəyə hücum kimi qiymətləndirilib.
Xatırladaq ki, Kanada hökuməti Ər-Riyadın son addımları ilə bağlı açıqlama verməyib/Teleqraf.com.