Soçidə Ərdoğanla Putin arasında görüş başlayıb:“Regionda və beynəlxalq miqyasda çox mürəkkəb məsələlər var”

 Soçidə Ərdoğanla Putin arasında görüş başlayıb.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünyanın diqqətinin bu görüşə yönəldiyini deyib. "Görüşdən sonra verəcəyimiz bəyanat regionun gələcəyinə ümid verir”- deyə, Ərdoğan bildirib.

Putin isə öz növbəsində deyib ki, Türkiyə ilə Rusiya arasında ticari, təhlükəsizlik və beynəlxalq münasibətlər dinamik inkişaf edir, lakin çox mürəkkəb məsələlər də mövcuddur.

"Bizim münasibətlərimiz pozitiv və dinamik inkişaf edir. Bu, xüsusən ticari-iqtisadi əlaqələrdədir. Bu sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Bizim təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, xüsusən də geniş anlamda regionda və beynəlxalq miqyasda çox mürəkkəb məsələlər var. Mən sizi görməkdən şadam. Təkcə kompleks məsələlər ətrafında fikir mübadiləsi aparmaq yox, həmçinin hələlik həlli yolları tapılmayan məsələlərin həlli yolları axtarmaqdır”-Putin bəyan edib.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}