Paşinyan tərəfdarlarına çağırış etdi: “Yaxın günlərdə...”

Paşinyan tərəfdarlarına çağırış etdi: “Yaxın günlərdə...”

 

Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarlarını parlament binasında etiraz aksiyasını dayandırmağa və evlərinə getməyə çağırıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan istefaya göndərilən nazirlərin yerinə yenilərini təyin etməyə və yaxın günlərdə istefa verməyə söz verib.

Qeyd edək ki, Ermənistan ötən gün parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.

Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.

Bu, baş nazir Nikol Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti